Mojo.az Banner
23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |     22:48 Salyanda yol qəzası olub, xəsarət alanlar var  |     22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |     22:27 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü  |     22:15 İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI  |     22:08 Kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama  |     22:03 Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - Video  |     21:58 Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobilin sahibi müəyyən edildi  |     21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |    
Left Banner
Right Banner

Gözlərini itirən Qarabağ qazisi özünü yandırmaq istəyir - Əlində də İlham və Heydər Əliyevlərin portreti (VIDEO)

16.06.2018 13:40 2 542
Gözlərini itirən Qarabağ qazisi özünü yandırmaq istəyir - Əlində də İlham və Heydər Əliyevlərin portreti (VIDEO)
''Vətənim uğrunda qoyduğum cana bu gün qəsd etdirirlər''

Qarabağ müharibəsində gözlərini itirən qazi insanların qarşısında intihar mesajı verib. Hadisə şahidlərinin Criminal.az saytına verdiyi məlumata görə, iyunun 14-də Qarabağ qazisi metronun ''Əhmədli'' stansiyasının yaxınlığında yerləşən köşkünün qarşısında üzərinə benzin tökərək yandıracağını bildirib. Səbəb isə ondan köşkü üçün qeyri-qanuni pul tələb edərək işlətməyə imkan verilməməsidir.  

Etirazçı bir əlində əsa, digərində benzin, qoltuğunda isə dövlət başçısı İlham Əliyev və sabiq prezident Heydər Əliyevin portretini tutaraq həyatdan bezdiyini, özünü yandıracağını deyir: ''And olsun Allaha yandıracam özümü. Bir dəfə benzin tökdüm, yandırmadım. Bu dəfə yandıracam. Başqa yolum qalmayıb. Vətənim uğrunda qoyduğum cana bu gün qəsd etdirirlər. Ya əsgər forması geyinib metro qarşısında dilənəməliyəm, ya da özümü öldürəm ki şərəfzsiz yaşamayım''. скачать dle 11.3
Mojo.az Banner