Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya telekanalında Azərbaycana qarşı böyük təxribat – VİDEO

09.06.2018 14:44 3 770
Rusiya telekanalında Azərbaycana qarşı böyük təxribat – VİDEO
“Vladimir Solovyovla axşam” verlişində aparıcı ilə ukraynalı politoloq Vyaçeslav Kovtun arasında mübahisə düşüb.

Politoloq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini və onun ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Teleaparıcı istənilən halda neytral qalmalı olsa da, ukraynalı politoloqun sözləri Solovyovu özündən çıxarıb.

Buna cavabında Solovyov Kovtunun “Qarabağın erməni torpağı olduğunu, və orada ömür boyu ermənilərin yaşadığını” bilib-bilmədiyini soruşub.

“Elə dönəmlər olub ki, müasir Yerevanın ərazisində ermənilər olmayıb, ancaq Qarabağ torpağında həmişə ermənilər yaşayıb. Bu məsələni həll etməyin yeganə yolu sülh deyilsə, deməli Qarabağda olan bütün ermənilərin məhv edilməlidir. Bəşəriyyət buna yol verməz”, - deyə aparıcı əlavə edib.

Onun sözlərinə görə, “qarabağlılar” hələ ötən gün müəllim, əkinçi işləyən insanlardır. Sonra isə Sovet İttifaqı rəhbərliyinin günahı ucbatından müharibə ilə üzləşməli oldular.

“Ona görə bu insanlar ayağa qalxdı və özlərini və öz hüquqlarını müdafiə etməyə məcbur oldu. Bu qorxulu bir münaqişədir. Onun həlli yoxdur”, - deyə o əlavə edib.

Tarixçi Rizvan Hüseynov “Moskva-Baku”ya verdiyi müsahibədə məsələyə münasibət bildirib. O Solovyovun yalanı doğru kimi qələmə verməyə çalışdığını hesab edir.

“Etnogenez qanununa görə, xalqlar köçür, yeni məskənlər tapır və məskunlaşaraq yerli xalqlarla qarışır. Bu bəşəriyyətin, insan cəmiyyətinin əsas qanunlarından biridir.

Kimsə hansısa xalqın burada yaşadığı kimi iddialar irəli sürdükdə, bu sadəcə gülüş doğurmur, eyni zamanda ehtiyatlı olmağa vadar edir.

Ermənilərin hər zaman Dağlıq Qarabağda yaşadığı haqqında bəyanatlar hamısı eyni mahnının notlarıdır. Demək olar ki, Vladimir Solovyovun sadəcə tarixdən başı çıxmır, ya da onu çaşdırıblar.

Solovyov ermənilər barədə danışanda, onun Dağlıq Qarabağla bağlı kimləri nəzərdə tutduğunu bilmək istərdim. Məlumat üçün deyim ki, əvvəllər özlərini Erməni-qriqoryan kilsəsinin mənsubları hesab edən istənilən xalqların nümayəndələri erməni adlanıb.

Yəni “erməni” adı dinlə əlaqədar olub. Məsələn, müqayisə üçün, müsəlman – həm türk, həm fars, həm ərəb ola bilər. İstənilən milləyin nümayəndəsi ola bilər. Və ya götürək katolisizmi, təkcə italiyalılar deyilə digər xalqlardan olan insanlar da katolik ola bilər.

Sözümün canı odur ki, o vaxtlar, kürd, tat, udin, qıpçaq və s. xalqlardan olan nümayəndələr də özlərini erməni adlandıra bilərdi. Müasir Ermənistan ərazisində yaşayan ermənilər “hay” adını daşıyan etnosa aiddirlər.

Ermənilərin Qarabağda həqiqətən uzaq keçmişdə yaşayıb-yaşamadığından və onları ora kim tərəfindən köçürüldüyü haqqında saatlarla danışmaq olar. Siyasi plan “tərəzisində” isə hər zaman rəsmi sənədlər ağır gəlir, nəinki əsassız bəyanatlar.

Dağlıq Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasında 4 qətnamə qəbul olunub. Həmin qətnamələrdə erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi tələb olunur. Ancaq bu indiyə kimi yerinə yetirilməyib. Qarabağla bağlı məsələ aydındır. Problem başqa məsələdədir. Solovyovu bu saçma-sapan fikirləri səsləndirməyə nə vadar edir, azərbaycanlılara qarşı açıq-aydın qəzəb nümayiş etdirməsinin səbəbi nədir görəsən.

Son xəbərlər