Mojo.az Banner
12:55 “Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb  |     12:14 Yaponiyada leysan və qasırğa səbəbindən 2,23 milyondan çox insan təxliyə edilib  |     11:50 Azərbaycan nefti BAHALAŞDI  |     11:49 Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir  |     11:48 Lənkəran meşələrində itkin düşən 8 nəfərin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     11:45 Azərbaycanda səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçu vəfat etdi  |     11:42 34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi - FOTO  |     11:39 Türkiyədə evlilik dələduzluğu: Azərbaycanlı qadın və şəriki həbs olundu  |     11:35 Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     11:34 Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb  |     11:00 Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq  |     10:57 Venesuelada zəlzələ nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI  |     23:00 Marsda mümkün qədim həyatın ən inandırıcı əlamətlərindən biri tapıldı  |     22:55 Nənəsinin evindən xalasının pullarını oğurladı - Günü 250 manata ev tutdu  |     22:47 İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var  |     22:42 Bakıda qaçırdığı avtomobili icra hakimiyyətinin həyətində saxladı  |     22:35 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçildi  |     22:30 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək  |     22:16 Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA  |     22:08 Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək  |    
Left Banner
Right Banner

Qalmaqallı kosmetoloqdan 1-ci Vitse Prezidentə şikayət: “Sizinlə olan foto-şəkildən istifadə edərək…”

07.06.2018 14:14 15 993
Qalmaqallı kosmetoloqdan 1-ci Vitse Prezidentə şikayət: “Sizinlə olan foto-şəkildən istifadə edərək…”
Kosmetoloq Elnarə Rzayevanın əməllərindən zərərçəkmiş daha bir vətəndaş dövlət qurumlarına şikayət ünvanlayıb. Şikayətin bir nüsxəsi də Azinforum.az İnformasiya Portalına göndərilib. Xanım şikayətçi bizdən mövzunun ictimailəşməsini xahiş edir. Həmin şikayət ərizəsini olduğu kimi təqdim edirik:

“Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Nəsimi rayon Polis İdarəsinin rəisinə

Vət. Firudinova Validə Musa qızı Bakı şəh. Qaradağ r-nu, Lökbatan qəs-si, Ə.Məhəmmədov küç.ev9, mən.1


Ərizə

Çox hörmətli Mehriban xanım! Rastlaşdığım haqsızlıqlar və həkim olmayan, xüsusi icazəsi və lisenziyası olmayan “kosmetoloq” Rzayeva Elnarə Ramiz qızının qanunsuz əməllərinin mən və qızım Cəmilə Məmmədova qurbanı olmuşuq. Məsələ isə aşağdakılardan ibarətdir: adı gedən “həkim-kosmetoloq” Elnarə Rzayevaya məxsus instaqram sosial şöbəkəsindəki “DR_elnara_rzayeva”adlı hesabda mənim qalib olmağımı mənə məlum etmiş və 30% endirimlə burun nahiyəmin kiçildilməsi prosedurunun qazandığım bildirilmişdir. Həmin prosedurda iştirak etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərova 4 saylı ünvanda yerləşən gözəllik salonuna gedərək, burun nahiyəmin kiçildilməsi üçün həmin nahiyəmə inyeksiya edilmişdir. Üstündən bir müddət keçəndən sonra, həmin ünvana gəlmiş və nəticənin olmadığının şahidi olmuşuq. Buna cavab olaraq, ödədiyim pul vəsaitin Elnarə Rzayevadan geri tələb etsəm də, o məni və qızımı hədəliyərək, bizi döymüş, bizə xəsarətlər yetirmiş və sair. Lakin əsas məsələ ondan ibarətdir ki, Elnarə Rzayeva adlı şəxs Sizinlə olan foto-şəkildən istifadə edərək, hər yerdə məlum edir ki, “Azərbaycan Respublikasının heç bir inzibati orqanları, həmçinin məhkəməsi mənə heç nə edə bilməz, mən çox yüksək şəxslərin qohumuyam və məni güclü havadarlarım vardır”. Bunların hamısının yalan olduğunu bizə məlumdur, çünki Sizin çox yüksək mədəniyyətə və hər bir qanunsuz əməllərə qarşı olduğunuzu və ciçəklənən müstəqil Azərbaycan üçün çoxsaylı tərifəlaiq işlər görməkdəsiz. Azərbaycan Səmasının Sönməz Günəşi Üç Rəngli Bayrağın və Müstəqil Ölkənin quruçusu Ulu Öndər Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşamağımla fəxr edirəm və Sizdən xahiş edirəm, adınızdan istifadə edən , çoxsaylı insanları aldadaraq, sağlamlığına ziyan vurmuş və vurmaqda olan Rusiya Federasiyasının vətəndaşı Rzayeva Elnarə Ramiz qızının qarşısını alınmasına və ciddi cəzalandırılmasına göstəriş verəsiniz.

Böyük hörmətlə, V.Firudinova”скачать dle 11.3
Mojo.az Banner