Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda güclü yanğının baş verdiyi təkər “qəbiristanlığı” - VİDEO

03.06.2018 22:36 3 365
Bakıda güclü yanğının baş verdiyi təkər “qəbiristanlığı” - VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Bakının Binəqədi rayonunda Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) güclü yanğın baş verib.

Yanğına keçmiş zavodun ərazisində yerləşən işlənmiş təkər emalı sexində aparılan işlər səbəb olub.

FHN-nin hadisə ilə bağlı yaydığı məlumatda 500 m2 ərazidə işlənmiş avtomobil şinlərinin yandığı göstərilir.

Hadisə ilə bağlı Ekologiya Nazirliyi də məlumat yayıb. Nazirliyin məlumatına görə, ərazidə monitorinq və araşdırma işlərinə başlanıb.

“Mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb”, - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Oxu.az-ın redaksiyasına daxil olan kadrlar isə baş vermiş hadisəni yeni rakursdan izləməyə imkan verir.

Videodan aydın görünür ki, işlənmiş təkərlər açıq səma altında saxlanılır və ərazinin ölçüsü 2-3 hektar, bəlkə də daha çox təşkil edir.

Bir daha xatırladaq ki, FHN-nin məlumatına görə, tüstüsü Bakının hər tərəfindən görünən yanğın cəmi 500 m2 ərazidə baş verib, bu isə 0,05 hektara bərabərdir.скачать dle 11.3

Son xəbərlər