Mojo.az Banner
SON DƏQİQƏ
18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Məclisdə boş qalan altı yerin taleyi necə olacaq?

22.05.2018 13:20 1 588
Milli Məclisdə boş qalan altı yerin taleyi necə olacaq?
Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasından, ölkə prezidentinin yeni kadr təyinatlarından sonra hazırda ali qanunverici orqanda - Milli Məclisdə (MM) altı yer boşdur.

Xatırladaq ki, Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar millət vəkillərindən dördü hökumətə cəlb olunublar.

Yəni, millət vəkillərindən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Rövşən Rzayev “Qaçqınkom”un , Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunublar.

Qanunvericiliyə görə, ölkə Konstitusiyana görə, hökumətdə yer alan millət vəkillərinin səlahiyyətlərinə xitam verilməlidir.

Xatırladaq ki, ötən ilin yazında ölkənin birinci xanımı Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün onun deputatlıq fəaliyyətinə xitam verilmişdi.

Hazırda onun Xəzər rayonundakı deputat yeri boşdur.

Eyni zamanda, bir müddət öncə millət vəkili Astan Şahverdiyev qəflətən urək tutmasından dünyasını dəyişdi və onun Cəbrayıl rayonu üzrə deputat yeri boşdur.

Azərbaycan iki il müddətinə, təxminən növbəti - altıncı çağırış parlament seçkilərinə (2020-ci ilin yazına - red.) kimi, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) rəhbərsiz qalacaq.

Belə ki, adıçəkilən qurum bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun fəaliyyətinə iki illik sanksiya tətbiq edib.

Belə olan halda, yəni, mövcud durumda Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin oluna bilərmi, təyin olunmalıdırmı?

Və ya adıçəkilən şəxslərin yerinə təkrar seçkilər keçiriləcəkmi, bu, gözləniləndirmi?

Bununla bağlı oxu.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, parlament üzvü kimi hökumətdə vəzifə alanların mandatı ilə bağlı məsələ Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən həll ediləcək.

Onun bildirdiyinə görə, Konstitusiyanın tələbi bundan ibarətdir:

“Çünki icra orqanlarında təmsil olunanlar digər hakimiyyət qolunda yer tuta bilməzlər. Əks halda, maraqların konfliktinə yol açılardı.

Üstəlik, hakimiyyətin bölgüsü prinsipinə görə, Nazirlər Kabineti Milli Məclis tərəfindən formalaşan, hesabat verən və istefaya göndərilən bir orqandır.

Məsələnin yaxın zamanlarda həll olunacağına və həmin ərazilər üzrə yeni seçkilərin keçiriləcəyinə ümidvaram. 200 minədək seçici təmsilçisiz qala bilməz. Növbədənkənar parlament seçkilərinə gəlincə, millət vəkili bunu istisna edib.скачать dle 11.3

Son xəbərlər