Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Yeni hökumət üzvlərinin parlamentdəki yerlərini kim tutacaq?

28.04.2018 15:20 2 122
Yeni hökumət üzvlərinin parlamentdəki yerlərini kim tutacaq?
Parlamentdə (hələ ki nəzəri şəkildə) 6 deputat yeri boşdur.

Median.Az
-ın xəbərinə görə, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın ötən il birinci vitse-prezident təyin edilməsi ilə bağlı onun səlahiyyətlərinə xitam verilib və həmin vaxtdan Xəzər rayonundakı yeri boşdur.

Bununla yanaşı, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, professor Astan Şahverdiyev qəfildən ürəktutmasından dünyasını dəyişib və onun təmsilçisi olduğu Cəbrayıl rayonu hazırda millət vəkilsiz qalır.

Həmçinin, ötən həftənin şənbə və bu həftənin bazar ertəsi günü ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə Göygöldən millət vəkili Rövşən Rzayev “Qaçqınkom”un, Ucardan deputat olan və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Sumqayıtdan millət vəkili seçilən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri, Xətai rayonunun parlamentdəki təmsilçilərindən olan Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların da yaxın zamanlarda deputatlıq fəaliyyətlərinə xitam verilməsi gözlənilir, ən azı qanunvericilik bunu tələb edir.

Əgər həmin şəxslərin də deputatlıq fəaliyyətlərinə son verilərsə, MM-dəki deputat yerlərinin sayı rəsmən 125-dən 119-a düşmüş olacaq və həmin şəxslərin yerinə seçildikləri dairədə təkrar seçkilər təyin ediləcək.

Bu yerdə qeyd edək ki, yeni hökumətdə təmsilçilik qazanan deputatlardan bəzisi MM-də də vəzifə daşıyır.

Qeyd edildiyi kimi, F. Muradov MM-in komitə sədridir, həmçinin, Azərbaycanın “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətində (həm də qurumun komitə sədridir) və Avropa İttifaqı-MM Əməkdaşlıq Komitəsində təmsil olunur.

R. Rzayev MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, eləcə də, Azərbaycanın AŞPA və “Avronest” PA-dakı nümayəndə heyətinin üzvüdür.

V. Hüseynov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavinidir.

Odur ki. həmin şəxslərin (hətta, deputatlıq fəaliyyətlərinə son verilməyəcəyi təqdirdə belə) MM-dəki vəzifələri və beynəlxalq qurumlardakı təmsilçilikləri başqaları ilə əvəzlənəcək.

Əldə edilən məlumatlara görə, F. Muradovun MM-dəki komitə sədri vəzifəsini onun müavini Ülvi Quliyev və ya həmin komitənin üzvü Adil Əliyev davam etdirəcək. Ü. Quliyev sədr seçiləcəyi təqdirdə, onun vəzifəsinə isə A. Əliyev seçiləcək. Bununla yanaşı, F. Muradovla R. Rzayevin adıçəkilən komitədəki yerləri millət vəkilləri Eldəniz Səlimov və Azər Badamovun hesabına doldurulacaq və MM-in mayın 1-dəki iclasında bu məsələ rəsmiləşdiriləcək.

Eyni zamanda, R. Rzayevin MM-in Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə həmin komitənin üzvü olan tanınmış hüquqşünas Çingiz Qənizadə və ya YAP-çı deputat Rafael Cəbrayılovun seçilməsi ehtimal olunur.

V. Hüseynov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədr müavini vəzifəsinə isə 3 şəxsin adı hallanır-Asim Mollazadə, Sahibə Qafarova və Sevinc Fətəliyevanın.

Eyni zamanda, millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin yenidən AŞPA-dakı nümayəndə heyətində təmsilçiliyi gözlənilir.

Son xəbərlər