Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhiyyə Nazirliyindən Sabirabaddakı uşaq ölümləri ilə bağlı - AÇIQLAMA

15.05.2018 16:55 1 508
Səhiyyə Nazirliyindən Sabirabaddakı uşaq ölümləri ilə bağlı - AÇIQLAMA
Səhiyyə Nazirliyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında iki körpənin ölümü ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın oxu.az-a verdiyi məlumata görə, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızı xəstəxanaya gecə saat 02:30 radələrində ölü döllə daxil olub.

“Ana doğuşa alınıb və doğuşdan sonra ekspertiziyaya verilib.

Doğuş zamanı körpəsini itirən digər şəxs Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızı gecə saatlarında xəstəxanaya alınıb. Bu xanımın uşağı isə dölün kəskin hipoksiyası ilə doğulub.

Yəni, göbək ciyəsi uşağa 2-3 dəfə dolanmış vəziyyətdə olub. Bütün reanimasion tədbirlərə baxmayaraq, doğulan uşaq cəmi beş dəqiqə həyatda qala bilib”.

Nazirliyin əməkdaşı hər iki ölümlə bağlı məsələnin Səhiyyə Nazirliyinin xüsusi komissiyası və prokurorluq tərəfindən araşdırıldığını deyib. Qeyd edib ki, ölümün səbəbləri aydın olduqdan sonra mətbuata bu haqda açıqlama veriləcək.скачать dle 11.3
Mojo.az Banner