Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti komitə sədrini dəstəklədi

15.05.2018 15:24 1 917
Xalq artisti komitə sədrini dəstəklədi
Tanınmış sənətçi, Xalq artisti Bəsti Cəfərovadan xanım millət vəkilinin səsləndirdiyi təklifə dəstək gəlib.

Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin mayın 15-də keçirilən iclasında adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda ölüm hökmünün bərpasına yönəlik fikirlər səsləndirib.

“Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik. Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik.

Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”, - deyə uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayan komitə sədri əlavə edib.

Qısa bir zamanda xanım millət vəkilinin təklifinə müsbət reaksiyalar gəlib.

“Facebook” və digər sosial şəbəkələrdə əksəriyyət bu məsələdə A. Naxçıvanlı ilə həmrəyliyini ifadə edib. Həmin şəxslər arasında tanınmış aktrisa, Xalq artisti Bəsti Cəfərova da var. O, öz şərhində bunları yazıb:

“Deputat xanımın fikri ilə tam razıyam. Həm adi insan kimi, həm ana kimi düşünürəm ki, nəinki beş yaşlı uşağa, ümumiyyətlə, uşaqlara əl uzadanlara həbs cəzası çox azdır”.скачать dle 11.3

Son xəbərlər