Mojo.az Banner
20:34 Bakıda 31 kq narkotik aşkarlanıb - VİDEO  |     20:29 Bu məhsulların gömrük rüsumu artırıldı  |     20:23 Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb  |     20:15 166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO  |     20:10 Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı - Video  |     20:01 Bərdədə "Kalaşnikov" və patronlar aşkarlandı  |     19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:48 Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi AÇIQLANDI  |     19:43 Azərbaycanda nə qədər inflyasiya gözlənilir?  |     19:36 1 vəkil Kollegiyadan xaric edildi  |     19:31 "Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat  |     19:23 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər  |     19:17 Azərbaycanlı sahibkar Gürcüstanda faciəvi şəkildə öldü  |     19:09 Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO  |     19:04 Türk Hava Yolları saqqal qadağasını ləğv etdi  |     18:59 Nəsimi rayonunda aparılan qazıntı işləri nə vaxt yekunlaşacaq?  |     18:53 Azərbaycan vətəndaşı Rusiyada dron hücumu nəticəsində öldü  |     18:39 Fransa XİN: "Martin Ryanın əfv olunması humanitar jestdir"  |     18:30 Zeynəb Xanlarovanın səhhəti ilə bağlı AÇIQLAMA  |     18:23 Azad olunan Martin Ryan Fransaya yollandı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Ana-balanın ikisini də öldürdüm” – Ömürlük həbs olunan qatilin dəhşətli etirafları – VİDEO

25.04.2018 13:08 3 173
“Ana-balanın ikisini də öldürdüm” – Ömürlük həbs olunan qatilin dəhşətli etirafları – VİDEO
ARB TV-nin “Rezonans” verilişində bu dəfə Bəxtiyar Cəfərovun həbsxana hekayələrindən bəhs olunub.

Bəxtiyar Cəfərov törətdiyi dəhşətli cinayətdən danışıb:

"Mingəçevirdə doğulmuşam. Rusiyada yaşayırdım. Qarabağ döyüşləri zamanı silah alıb evə qoymuşdum ki, özümü, ailəmi qoruyum. Evimi axtarıb silahı tapdılar və mənim azərbaycanlıları silahlandırdığım damğasıyla həbs etdilər. 2 il həbs cəzası aldım. Ust-Kut şəhərinin rəisinin qızını oğurlamaq böhtanı ilə məni yenidən həbsə atdılar. Bu dəfə 9 il iş verdilər. O cəzanın il yarımını çəkib, girovla azadlığa çıxdım. Bundan sonra vətənimə qayıtdım.

Qonşuluqda ana-bala ailə yaşayır. Bunu deyən dostum demişdi ki, orada qızıl-pul var. Mən də getməmişdən öncə maraqlandım, dostum dedi ki, balası evdə olmayanda anasına hədə-qorxu gəlib almaq olar. Getdim onlara və hər ikisi evdə idi. Özüm o hadisədə şikəst qaldım. Barmaqlarımın 4-ü kəsildi, 2-si sağaldı, 2-si şikəst qaldı. Özüm 3 bıçaq yarası aldım, onları isə çoxsaylı bıçaq zərbələri ilə öldürdüm. Güllə qorxusunda, ölüm anında olan insan Allaha daha yaxın olur. Mən tövbə edib ibadətə başladım. Hiss elədim ki, o vaxtkı mən, məndən uzaqlaşdı. Ölüm hökmünə layiq görüldüm, amma o da ömürlük həbslə əvəzləndi.

10 fevral 1998-ci ili artıq mən ad günü kimi qeyd edirəm. Ölüm hökmünün ləğv olduğu gün mənim doğum günümdür. 3 il qorxu içində güllələnməyimi gözlədim. 23 ildir ki, həbsxanadayam. Nə gələnim var, nə gedənim. Bir gün azadlıqda olmaq üçün yerdə qalan ömrümü fəda edərdim. Qohumlarım zəngimə belə cavab vermir. Ailəm Rusiyadadır, elə bilirlər ölmüşəm. Bəlkə bu verilişə baxıb gördülər. Onlardan səsimə səs vermələrini rica edirəm".
скачать dle 11.3
Mojo.az Banner