Mojo.az Banner
23:02 Torpaq sürüşməsi kəndlərlə əlaqəni kəsdi - Video  |     22:57 Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq  |     22:49 Turizm Agentliyində kütləvi ixtisar: 30-dan çox əməkdaş işdən çıxarılıb?  |     22:43 Analitiklərdən ən çox tələb olunan metallardan biri ilə bağlı xəbərdarlıq  |     22:38 Tbilisidə Heydər Əliyev Mərkəzi tikilir  |     22:32 Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib  |     22:25 Bu məşhurlar sərbəst buraxıldı  |     22:20 Amerikalı reperin Böyük Britaniyaya girişi qadağan edildi  |     22:13 BMT Hörmüzlə bağlı qətnaməni qəbul edə bilmədi  |     22:08 Kökündən qopan ağac hərəkətə mane oldu - Video  |     22:00 Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı - Vido  |     21:55 DTX-nin həbs etdiyi, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsə hökm oxundu  |     21:46 Azərbaycanlı bloqer Moskvada mənzillərini peçenyeyə satıb  |     21:38 Dağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb  |     21:33 Yermek Koşerbayev Azərbaycana səfər edəcək  |     21:26 Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma: Dövlət ittihamçısı dəyişdirildi  |     21:20 Niderlandda benzinin qiyməti rekord həddə çatdı  |     21:12 Alimlər dünyanın bütün dillərini idarə edən gizli qaydaları kəşf etdi  |     21:05 AzTV-nin “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək  |     20:57 6 saylı cəzaçəkmə müəssisəsində yanğın olub: İki nazirlik birgə məlumat yaydı  |    
Left Banner
Right Banner

Artıq tam məsuliyyətlə təkrar edirəm, səni sənətkar saymıram! Flora Kerimovadan Röyaya sərt tənqidlər - FOTO

24.04.2018 14:11 24 818
Artıq tam məsuliyyətlə təkrar edirəm, səni sənətkar saymıram! Flora Kerimovadan Röyaya sərt tənqidlər - FOTO
Artıq tam məsuliyyətlə təkrar edirəm, səni sənətkar saymıram! Flora Kerimovadan Röyaya sərt tənqidlər

(Yazı, Azərbaycanın xalq artisti, əfsanəvi sənətkar Flora Kərimovanın istəyi ilə heç bir cümləsinə toxunmadan dərc olunur)
 
Sənin sonuncu cəfəngiyyatın məni çilədən çıxartdı. Bəs deyilmi?!
 
 
Röya, mən nə vaxt sənin “əlindən öpmüşəm” və nə vaxt “qızımın toyuna gəldiyin üçün məni şərəfləndirdin” demişəm?? (14 aprel, 2018-сi il, сanlı yayım “bakunews”)
Düşünürdüm ki, 80 yaşım ərəfəsində məni təəccübləndirən daha ABSURD bir şey ola bilməz. Amma bunu da gördüm!
 
Birinci gələk sənə qarşı etdiyim “haqsızlıqlara”, sənin dilindən desək “səhvimə”. Mən səhvim olduğu halda tərəddüd etmədən istənilən insandan üzr istəməyə hazıram. Yetər ki, səhvi göstərə bilsin.
 
Görünür, ən böyük səhvim səni SƏNƏTKAR SAYMAMAĞIMDIR!!! Bəli, səni SƏNƏTKAR SAYMIRAM! Nəinki səni, sənin “sənətkar” saydıqların belə mənə görə sənətkar olmayıb!
 
Heç vaxt “mənəm-mənəm” deməyən təbiətimə indi xəyanət edib, bəlkə kiməsə təvazökarlıqdan uzaq görünsəm də, bəzi həqiqətləri sənə kobud tərzdə qandırmaq məcburiyyətində qaldığıma görə Millətimdən, Xalqımdan dönə-dönə üzr istəyirəm! Bil ki, özünə sənətkar deyən sən - sadəcə ürəyəyatımlı səsə malik sıradan bir müğənnisən! Şükür ki, belə səslərdən Azərbaycan kasad deyil. Hələ bu yaşında üstünə gələn, sənə meydan oxuyan, günü-gündən artan Damlalar, belə axını indiki kimi vərdiş halına salıb, hər kəslə dalaşıb sıradan çıxarmağa səndə güc qalacaqmı? Sözün keçəcəkmi? Səni gözləyən bu halını, bu günləri düşündünmü? Yoxsa məni əzələlərini göstərdiyin abıra qısılanlarla çaş-baş salmısan?
 
Artıq tam məsuliyyətlə təkrar edirəm, səni sənətkar saymıram! 13 yaşımdan korifeylərlə, klassiklərlə, çiyin-çiyinə səhnə bölüşmüşəm, illər keçdikcə sənətkar deyib öz sıralarına qəbul etdikləri səsin sahibinə sənmi qiymət verəcəksən? Sənmi etdiklərimi edə biləcəksən? Sənmi əxlaqdan danışıb laxlayan səsinlə (tremola) nə oxuyum, necə oxuyumu öyrədəcəksən?!
 
Təkrar edirəm, səni sənətkar saymıram! Millət tərəfindən Azərbaycan estradasının anası sayılan, Azərbaycan estradasının 3-4 kişi banilərinin cərgəsində adı çəkilən yeganə qadın, 64 il səsi gündəmdən və dildən düşməyən, Azərbaycan musiqisinin bütün janrlarında, klassik vokaldan tutmuş muğama qədər, 15 il vokal sənətinin elminə yiyələnən peşəkar deyir! Bu, bir neçə tembrə malik, səsi ilə Azərbaycanın 90 faiz bədii filmlərində və animasiya filmlərində ölkələri gəzən və nəhayət, dünyada 4 oktavaya malik iki səsdən birinin sahibi olan Sənətkarın qiymətidir! Ehtiyac varsa, təkrar edim: sən sənətkar deyilsən və vokal sənətində böyük qüsur sayılan laxlayan səsinlə heç o zirvəyə qalxa da bilməzsən!
 
Gələk sənin nankorluğuna. Demirəm sənin ulduzunun ən parlaq vaxtında, sənə təriflər gələndə, mən də onların sırasındaydım. Amma heç vaxt demədim ki, Röya pis müğənnidir, pis oxuyur.
 
Sənətkar saydığın İlhamə Quliyeva səni “iylənmiş”, “bitli baş”, “yuyulmamış...” və sairə adlarla alçalda-alçalda təhqir edəndə, kim səni müdafiə etdi?! Bunudamı unutdun? Bu idi sənə olan haqsızlıqlarım? Yoxsa, kişilərin atasını söyəndə, alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə, qucaqlarda abırsız şəkillərin jurnalların üz qabığını bəzəyəndə, kürsünü vanna otağındakı unitazla əvəz edəndə, oxuduğun xalq mahnısını bayağı hala salıb yağış sözünə biədəb qafiyə qoşub dillər əzbəri edəndə, təklikdə, təkrar edirəm, təklikdə demədimmi ki, “qızım, belə olmaz, gələcəyini düşün”? Bu idimi sənin haqqını çeynəməyim? Sənə deyəndə ki, “qızım, övlad sahibi olacaqsan, qapı döyəcəksən, qapını döyəcəklər, etdiyin hərəkətlər Anaya, illah da Azərbaycan Qadınına yaraşan hərəkətlər deyil” – səhvim idi, yoxsa sənə qarşı etdiyim haqsızlıq?! Durub illər sonra efirdə Sevil Nuriyevanın verilişində ağlaya-ağlaya Millətə yalvaranda “kiminsə videolarını (Faiqi nəzərdə tuturdu – F.K.) telefonlardan sildirən kişilər mənə kömək etmədilər, mən anayam, ev xanımıyam, bir oğlum var, bu gün nələr verərdim ki, o videoları internetdən, telefonlardan silsinlər”. Onda da sənin ağlına gəlmədi ki, Flora mənə məsləhəti ilə yaxşıların yaxşısını edibmiş!
 
Gələk sənin İlhamə Quliyevaya münasibətinə. Onunla “dostluğun” məndən çox illər  sonra, onun sənə “şanlı münasibətindən” sonra başladı. Səbəbi də yenə mən oldum. Çevrəmdə olan, artıq adları bəlli insanları mənə qarşı istifadə etməyə çalışırdı. Bunu onların etibarsızlığından istifadə edərək yaxşı bacarırdı. Sən də istisna olmadın!
 
İndi qaldı dediyin kimi səni ona – İlhamə Quliyevaya qısqanmağıma. Bir neçə sənə məsləhətimdən başqa yaxınlığım olmadığı halda hansı qısqanclıqdan söhbət gedə bilər? Mən Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Ramiz Mirişli, Oqtay Kazımi, Oqtay Rəcəbov, Elza İbrahimovanı (saysam qurtarmaz) qısqanmadım, bir oktavaya güclə çatan səsin, yəni sənin ona yaxınlığınmı məni qıcıqlandıracaqdı? Bir də mən həyatım boyu övladlarımdan, balaca uşaqlardan və Şəhid Analarından başqa kiminsə əlini öpməmişəm. Amma çox illər qabaq indi şəxsi problemlərinə görə Hollandiyada yaşayan dostun Strekalinin ad günündə hamının gözü qabağında mənim əlimi öpdüyünü xatırla. Bu, indi bəyənmədiyin, yuxarıdan aşağı baxdığın trionun tərkibində oxuduğun dövrdə olub. Yoxsa ürəyindən səsləndirdiyin yalanlarla məndən üstün olmaq, ya acıq çıxmaq keçir? Yaxşı bildiyini yenə sənə xatırlatmaq istəyirəm: Mən kiminsə varlığı ilə şərəflənməmişəm! Bu alçaqlığı bacarsaydım (yaxşı ki, bacarmıram) indiki qarşısında ikiqat əyildiyiniz insanlar sırasında idim. Bunu da nə mənəviyyatıma yaraşdırmırdım, nə də yazıq sizlərə. Məni gözdən salmaq xülyasına düşüb, gücün çatmadığı cəhddən yapışma! Gecikdin, həm də çox gecikdin!
 
Bir də ki, mənim öyünməyə layiq olan həmin məclisimə şərəf gətirən insanların sırasında sənə yer yox idi!  

 İndi keçək sənin “Röya” jurnalına. İllər qabaq mənim ünvanıma yönəltdiyin jurnaldakı jest sənin üçün vərdişli, normal bir haldır. Oxuculardan üzr istəyərək, səhifədə olan şəkil və mətni təqdim edirəm.  


скачать dle 11.3
Mojo.az Banner