Mojo.az Banner
SON DƏQİQƏ
15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |    
Mojo.az Avto
Mojo.az Avto

Amsterdamda sui-qəsd köşkü qoyulub

17.04.2018 11:36 5 753
Amsterdamda sui-qəsd köşkü qoyulub
Amsterdamda keçirilən dəfn sənayesi sərgisində sui-qəsd üçün nəzərdə tutulmuş maşının prototipi nümayiş etdirilib.

Bu barədə oxu.az “South China Morning Post”a istinadən xəbər verir.

Cihazı uzun illərdir evtanaziyanın leqallaşdırılması üçün mübarizə aparan hollandiyalı dizayner Aleksandr Bannink (Alexander Bannink) və avstraliyalı fəal Filip Niçke (Philip Nitschke) quraşdırıblar.

Maşın azot dolu çəni açan bünövrədən və intihar edən şəxsin uzandığı, çıxarıla bilən kapsuldan ibarətdir.

Niçke izah edir ki, şəxs yüngül başgicəllənməsi hiss edir, sonra isə huşunu itirir və vəfat edir.

İxtiraçılar ilin sonuna kimi işləyən nümunəni hazırlamağa ümid edirlər. Sərgidə yalnız maket və kapsulada oturan insanın yerində özünü təsəvvür etmək üçün virtual tur nümayiş olunub.

Niçke va Bannink köşkü sərbəst hazırlamaq üçün lazım olan bütün çertyojları və digər məlumatları internetdə dərc etməyi planlaşdırırlar.

1996-cı ildə Filip Niçke Avstraliyanın şimal bölgəsində evtanaziyanın leqallaşdırılmasına nail olub. Ölkə hakimiyyəti qanunu tez bir zamanda ləğv edib, lakin o vaxta kimi artıq dörd nəfər bunun köməyilə ölüb.

2008-ci ildə xəbər verilib ki, Almaniyada evtanaziyanın qadağan olunduğu ölkələrdə ağır xəstəliklərdən əziyyət çəkən şəxslərin dünyadan könüllü getmələrinə imkan yaradan özünə sui-qəsd maşını hazırlanıb. Maşının hazırlanmasını alman siyasətçisi, həkim Rocer Kuş (Roger Kusch) dəstəkləyib.скачать dle 11.3

Son xəbərlər