Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Dənizdən meyidi tapılan gəncin son “Whatsapp” paylaşımı: “Məni şərlədilər…”

16.04.2018 20:49 7 074
Dənizdən meyidi tapılan gəncin son “Whatsapp” paylaşımı: “Məni şərlədilər…”

“Günahkarlar cəzalarına çatacaq, ancaq mən həyatda olmayacam”

Aprelin 1-dən itkin düşdüyü bildirilən 22 yaşlı Balabəy Balayevin cəsədi Səbail rayonundakı Dənizkənarı Parkın ərazisində sudan çıxarılıb. Bu barədə Meydan TV-yə B.Balayevin ailəsi məlumat verib. B.Balayev Bakının Xəzər rayonunun Türkan qəsəbə sakini olub. Gəncin itməsi barədə Meydan TV-yə danışan yaxın qohumu Vüqar Əmirov deyirdi ki, ailəsi oğlunun itməsində çalışdığı “Şah oil” yanacaqdoldurma məntəqəsinin rəhbərini günahlandırır:

“Həmin yanacaqdoldurma məntəqəsinin müdiri Balabəydən tez-tez pul tələb edirdi. Hər dəfə də bəhanə gətirirdi ki, guya haqq-hesab vaxtı Balabəyin məntəqəyə pul əksiyi çıxır. Sonuncu dəfə də uşağın atası Azər Balayevə aprelin 1-də zəng vurub, deyib, oğlunun 431 manat əskiyi var, gətir ödə. Atası da Balabəyə zəng vurub, Balabəy ağlayıb, deyib, müdir yenə məni sıxışdırır. Atası da deyib ki, oğlum, narahat olma, gəlirəm, pulu gətirirəm. Atası ora çatanda görüb ki Balabəy işdə yoxdur, telefonuna zəng vurub, bağlı olub. Orda işləyənlərdən soruşanda deyiblər ki, Balabəy elə iş geyimində hasardan hoppanıb qaçdı.

Müdirdən Balabəyi soruşub, o da xəbərsiz olduğunu bildirib”.

“Şah Oil” yanacaqdoldurma məntəqəsi Xətai rayonu ərazisində yerləşir. Ailə itki ilə bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verib. Qohumunun sözlərinə görə, Balabəyin “Whatsapp”-dakı sonuncu paylaşımı təxminən belədir: “Məni şərlədilər, günahkarlar cəzalarına çatacaq, ancaq mən həyatda olmayacam”. “Şah Oil”-in rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.

Son xəbərlər