Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

İşdən sonra müdür işçiyə zəng vura bilərmi? – VİDEO

13.04.2018 14:19 2 753
İşdən sonra müdür işçiyə zəng vura bilərmi? – VİDEO
ARB TV-nin “Günə doğru” verilişində müdirin işdən sonra işçiyə zəng vurması barədə maraqlı sujet yayımlanıb.

İşləyən adamlar bilir ki, işdən sonra rəhbərləri və ya kiminsə sifarişini yerinə yetirirsə elə həmin sifarişçi işçiyə zəng edir. İş vaxtı bitibsə, müdir işçiyə zəng edə bilərmi? Bu nə dərəcədə doğrudur? Hansı nəticələrə gətirib çıxarır?

Xatirə Səfərova (psixoloq): “Doğru idarə edilməyən zaman aktivləşir. Bu zaman isə yuxu və əsəb sistemi pozulur. Bunun da üstünə davranış pozğunluqları əlavə olur”.

İşləyən adam pul qazanır deyə müdirinə, rəhbərinə cavab verə bilmir, ona irad edə bilmir ki, mənə iş vaxtından əlavə və ya işə aidiyyatı olmayan tapşırıqlar vermə. Deməli, məcburdur. İnsanın nəyəsə məcbur olması isə dolayısı yolla sosioloji problemin meydana gəlməsidir.

Rəşad Əsgərov (sosioloq): “İşçilərin müdiriyyət tərəfindən işdən kənar zamanlarda işə çağırılması, yaxud da əlavə iməcliklərə məcbur olaraq gətirilməsi halları geniş yayılıb”.

Sosioloq zənglərədən başqa işçinin işdən əlavə işlərə cəlb olunmasını da vurğuladı. Bu da məsələnin digər tərəfidir. Başqa bir tərəfi də var. Həmin bu tərəfdə hüquqi məsuliyyət dayanır.

Tahir Əlirzayev (hüquqşunas): “Əgər narazılıq olarsa, işçi hesab edərsə ki, müdirin etdiyi hərəkət ona zərər vurur, o zaman məhkəməyə müraciət edə bilər”.

Yumşaq dildə desək müdirimiz bizdən işdən kənar iş tələb edərsə, zəng edərsə ondan şikayət edə bilərik, mənəvi və maddi ziyan üçün təzminat da tələb etmək hüqumuz var.

ABŞ-nın böyük Nyu York şəhərində qanun var ki, müdir işçisini işdən əlavə yerlərə çağırarsa və ya iş vaxtından sonra ona zəng edərsə, həmin müdir ziyandadır, cəriməsi var, 250 dollar. Bu hal təkrar olunarsa, müdir daha çox cərimə ödəməlidir.
скачать dle 11.3
Mojo.az Banner