Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bir sotu 2 milyon manata satılan torpaq

05.04.2018 21:36 2 073
Bakıda bir sotu 2 milyon manata satılan torpaq
Bakının elə əraziləri var ki, orada torpaq sahələri sotla deyil, hətta kvadratla satılır. Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlının sözlərinə görə, bu cür torpaqlar əsasən şəhərin mərkəzi hissələrində, yolkənarı ərazilərdədir: “Bu cür ərazilərdə torpaq sahəsi azdır. Bir kvadratının dəyəri 10-15 min manat və hətta daha böyük ola bilər. Bunu sotla hesabladıqda, sotu 1.5-2 milyon manat dəyər ifadə edir. Ancaq bu cür torpaq sahələri çox azdır. Bu gün Neftçilər prospekti ətrafında torpaq sahəsi tapmaq mümkün deyil, Yusif Səfərov küçəsində yolkənarı ərazidə torpağın 1 kvadratının dəyəri bazara təqribən 15 min manata təklif olunur, Ağa Neymətulla küçəsində belə torpaq sahəsi tapmaq mümkün deyil və əgər ortaya çıxarsa onun da qiyməti də elə yüksək olacaq”.

Ekspert əlavə edib ki, Bakı şəhərində bir sotunun dəyəri 260 min manata təklif olunan torpaq sahəsi də var: “Həmin torpaq sahəsi Avropa otelinə yaxın ərazidə, təqribən 35 sotluq bir sahə idi”.

R.Osmanlının sözlərinə görə, ümumiyyətlə torpaq sahələrinin likvidliyi son illərdə xeyli dərəcədə aşağı düşüb: "Baxmayaraq ki, torpaq realizə olunan əmlak kateqoriyasına aiddir, amma müşahidələr göstərir ki, onun alıcılarının sayı xeyli dərəcədə azalıb.//Trend.azскачать dle 11.3

Son xəbərlər