Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə universitetə silahlı hücum: Dörd ölü – YENİLƏNİB

05.04.2018 20:00 1 961
Türkiyədə universitetə silahlı hücum: Dörd ölü – YENİLƏNİB
Türkiyənin Osmanqazi Universitetində baş vermiş silahlı insidentin təfərrüatı məlum olub.

Median.Az “Deutsche Welle”yə istinadən xəbər verir ki, pedaqoji fakültənin elmi işçisinin açdığı atəş nəticəsində, fakültənin dekan müavini, katibi və iki pedaqoq həlak olub.

Ölənlərdən savayı azı üç nəfərin yaralandığı bildirilir.

Silahlı hücumun motivləri hələ ki, qaranlıq qalır. Ehtimallardan birinə görə, hadisə məişət zəminində baş verib. Digər versiyaya əsasən, silahlı hücumu həyata keçirən şəxsə qarşı FETÖ qruplaşmasına üzv olması ittihamı ilə cinayət işi açılıb və o, bundan hiddətlənib.

Müəllimlərdən biri də bu versiyanı təsdiqləyib. Onun sözlərinə görə, pedoqoji fakültənin əməkdaşı FETÖ əlaqələrində şübhəli bilindiyini öyrəndikdən sonra, haradansa tapança taparaq, fakültə rəhbərliyini gülləbəran edib.

16:47

Türkiyədə, Əskişəhər Osmanqazi Universitetində silahlı insident baş verib.

Median.Az İHA-ya istinadən xəbər verir ki, Əskişəhər Osmanqazi Universitetitinin təhsil fakültəsinə silahlı hücum olub.

Hücum nəticəsində dörd təhsil işçisi dünyasını dəyişib.

Verilən məlumata görə, silahlı insidenti universitetin müəllimi törədib.

Şübhəli şəxs yaxalanıb.

Son xəbərlər