Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

İctimai nəqliyyat sərnişinlərə xidmət edir, yoxsa qrafikə?

04.04.2018 14:04 3 377
İctimai nəqliyyat sərnişinlərə xidmət edir, yoxsa qrafikə?
Bakı şəhərində fəaliyyət göstərən bir çox marşrut xətləri (BakuBus avtobuslar istisna olmaqla) şəhərin küçələrində nəqliyyatın sıxlaşdığı zaman marşrut xətlərində dəyişikliklər edirlər. Tərtib olunmuş qrafik üzrə gecikmək istəməyən sürücülər də yolu yarımçıq qoyub marşrut xəttinin başlandığı nöqtəyə dönürlər. Konkret olaraq hər gün rastlaşdığım faktı demək istəyirəm. 61 nömrəli marşrut xətti M.F.Axundov kitabxanasının yanından yola düşür.Milli Bank , Tibb Universiteti , 9 mk. r aşağı hissəsindın keçir. Tərtib olunmuş cədvələ əsasən 5 dəqiqədən bir xəttə avtobus buraxılır.

Lakin hər gün axşam saat 6-dan sonra bu avtobuslar Milli Bankın yanında son dayanacaq edib Sahil bağına tərəf hərəkət etməkdən imtina edirlər.Bunu yollardakı tıxacla əlaqədar qrafikdə gecikdiklərini söyləyərək özlərinə haqq qazandırırlar. Yorğun düşmüş vətəndaş avtobusdan yarımçıq düşüb ikinci bir nəqliyyatdan istifadə etməlidir. Bu həm də əlavə xərc çəkmədir. Üstəlik Sahil bağına tərəf bütün dayanacaqlardakı insanlar saatlarla boşu boşuna gözləməli olurlar. Amma bu fakta da sürücülərin cavabı var: “Hamı bilir ki, biz axşamlar ora getmirik, gözləmirlər”. Bu nə dərəcədə doğrudur, sürücülərin bu özbaşınalığından Bakı Nəqliyyat Agentliyinin xəbəri varmı? Bu sullara BNA-nın mətbuat katibi Mais Ağayev cavab verir: “Hər bir marşrut xətti üzrə müəyyən olunmuş hərəkət sxemi var və marşrut xətti üzrə avtobusu idarə edən sürücü də borcludur ki, hərəkət sxemini tam olaraq dövr eləsin. Yalnız səlahiyyəti olan müvafiq qurum tərəfindən yolda hərəkət tamami ilə məhdudlaşdırılıbsa o halda sürücü alternativ yollardan istifadə etmək yoluna davam etməlidir. Bununla bağlı da əvvəlcədən məlumat verilir. Amma yolda tıxac var və intervalda gecikmə olur deyə hərəkət sxemindən sürücü yayınırsa bu yolverilməz haldır. Və bu müraciətiniz əsasənda həmin marşrut xətti üzrə daşıyıcı bu gün BNA-ya çağrılıb xəbərdarlıq ediləcək.

BNA-dan bununla bağlı hər hansı bir tapşırıq olmayıb. Hərəkət sxemində hə hansı bir dəyikilik olandan biz elə KİV vasitəsi ilə əhalini məlumatlandırırıq.Biz araşdıracayıq əgər bunu sürücülər edirsə o halda daşıyıcıdan sürücülərlə bağlı tədbir görülməsi tələb ediləcək. Yox əgərə daşıyıcı bunu edirsə o zaman daşıyıcı ilə bağlı BNA tərəfindən müəyyən tədbirlər görüləcək ki, bir daha belə hallar təkrarlanmasın”,- deyə Mais Ağayev bildirib.

Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik ki, marşrut xətlərində hər hansı bir problemlə qarşılaşdıqda bu barədə sürücü ilə dava etmək əvəzinə Bakı Nəqliyyat Agentliyinə xəbər verib, təbir görülməsini tələb etsinlər./bizimyol.info

Son xəbərlər