Mojo.az Banner
22:58 Məhərrəmlik başa çatdı - Toylar başladı  |     22:56 Bu bürclər iş təklifi alacaq  |     22:51 Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA  |     22:42 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı  |     22:37 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:31 60 yaşdan sonra bu əlamətlərə diqqət yetirin: Nəfəs darlığı, ayaqlarda şişkinlik...  |     22:26 Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? (RƏSMİ)  |     22:18 Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi  |     22:10 “iPhone 18”-in təqdimat tarixi dəyişir  |     22:02 İsti havalarda ehtiyatlı olun!  |     21:57 Tramp administrasiyası 400 milyon dollarlıq Ağ Ev layihəsi üçün Ali Məhkəməyə üz tutdu  |     21:47 FHN Azərbaycanda baş verən zəlzələ ilə bağlı MƏLUMAT YAYDI  |     21:40 Peşə təhsili müəssisələrinə qəbulun cavabları açıqlandı  |     21:35 Qubada zəlzələ oldu  |     21:26 Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı  |     21:21 Daha bir qatar relsdən çıxdı - Son sutkada ikinci hadisə  |     21:15 Premyer Liqada yeni mövsümün ilk qolu vuruldu  |     21:09 “Az qaldı uşağımı sel apara, niyə kömək etmirlər?” - Video  |     20:59 Bakıda 34 yaşlı kişi küçədə öldü  |     20:54 Bakıda axund cərimələndi - Səbəb  |    
Left Banner
Right Banner

Metroda "Torpaq əgər uğrunda ölən varsa, vətəndir!" yazısı çıxarıldı, reklam yerləşdirildi

03.04.2018 16:49 3 444
Metroda
28 May” metrostansiyasının platformasındakı "Torpaq əgər uğrunda ölən varsa, vətəndir!" lövhəsinin yerində "Manikür və dırnaq dizaynı məktəbi"nin elanı yerləşdirilib. Bu yerdəyişmə sosial şəbəkələrdə paylaşılıb və marağa səbəb olub.

Məsələ ilə bağlı olaraq Baku.ws “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxlayıb.

N.Paşayev bildirib ki, reklam yeri boş olduğu üçün ora milli mənəvi dəyərləri əks etdirən lövhə vurulub.

“Qanunvericiliyin tələbinə əsasən reklam yerlərinin müəyyən hissəsi sosial reklamlar üçün nəzərdə tutulmalıdır. Və bildiyiniz kimi, bütün metronun stansiyalarında sosial reklam yerləri var. Ola bilsin ki, kimlərsə buna əməl etməsinlər. Amma Bakı Metropoliteni bu qanuna ilk gündən riayət edir. Metrostansiyanın həmin yeri əvvəldən reklam üçün nəzərdə tutulmuşdu. Hansısa şirkətin sifariş verdiyi bannerlərin müddəti bitdikdən sonra yeri boş olmasın deyə ora sosial reklamlar, maraqlı lövhələr hazırlayıb asırıq. Bir müddətdən sonra isə hansısa şirkət o yeri alırsa, biz təzədən o yeri yeni reklam lövhəsi üçün hazırlayırıq. Bu normal haldır”, - deyə qurum rəsmisi əlavə edib.скачать dle 11.3
Mojo.az Banner