Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü |
Mojo.az Avto
Mojo.az Avto

Aprel şəhidinin atası: “Yaşayışımızı görsəniz, dəhşətə gələrsiniz” – FOTO

02.04.2018 15:28 6 086
Aprel şəhidinin atası: “Yaşayışımızı görsəniz, dəhşətə gələrsiniz” – FOTO
"İca başçısı bizə düşmən gözü ilə baxır. O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı. Lütvəli Babayevi nə vətən, nə dövlət, nə də ki şəhid maraqlandırır. Bu adamın amalı ancaq kapital toplamaqdır”.

 ... 2016-cı il aprelin 5-də şəhid olmuş gizir Nurlan Abdullayevin atası, Zərdab rayonu Böyükdəkkə kənd sakini Abdullayev Rasim Tapdıq oğlu PressClub.az-a müraciətində deyir bunları. Nurlan ailənin yeganə oğlu idi. Ata şəhid oğluna rayon hakimiyyətinin verdiyi "qiymətdən” danışır: "Mənim oğlum 14 fevral, 1994-cü il tarixdə doğulub. Nurlan 5 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. O, hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Nurlan hərbi xidmətdə nümunəvi xidmətinə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı”. "İcra başçısı yas mərasimi üçün verilən 500 manat pulu məndən aldı”

R.Abdullayevin sözlərinə görə, icra başçısı oğlunu adından istifadə etməklə rüşvət toplayıb: "Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul vermişdi. Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm, ora xərcləyəcəm. İcra başçısı Lütvəli Babayev şəhid Nurlanın qəbir daşını düzəltdirilməsi adı ilə rayonda bütün idarə, müəssisələrdən pul yığdı və çox hissəsini isə özü mənimsədi. Bundan başqa icra başçsı mənim başıma qaxınc edir ki, oğlunun meytini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir”.

R.Abdullayev özünün də Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyini, Qarabağ müharibəsi veteranı, xəstəliyə görə 2-ci qrup əlil olduğunu bildirib. Şəhid atası deyir ki, ailəsinin yaşayışını gəlib görən olsa, dəhşətə gələr: "Yoxsulluq həddində yaşayırıq. Evimiz çiy kərpicdəndir. Kasıb, yoxsul komamızın təmirinə ehtiyac olsa da, köməlkilik edən yoxdur”.

R.Abdullayev Böyükdəkkə kənd orta məktəbinə oğlunun adının verilməsini istəyir: "Çünki oğlum həmin məktəbdə oxuyub. İstəyirəm ki, şəhid oğlumun adı əbədiləşdirilsin. Zərdab rayon icra başçısı Lütvəli Babayev bu xahişimizi də rədd etdi. Lütvəli Babayev bizə düşmən gözü ilə baxır. O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı. Lütvəli Babayevi nə vətən, nə dövlət, nə də ki şəhid maraqlandırır. Bu adamın amalı ancaq kapital toplamaqdır. Bütün bu haqsızlığa, şəraitsizliyə baxmayaraq oğlumun şəhid olması ilə fəxr edirəm. Lütvəli Babayev zərdablıların xatirində talançı, anormal icra başçısı kimi qalsa da, mənim oğlum şəhid Nurlan Azərbaycan xalqının xatirində əbədi yaşayacaq. Biz bununla fəxr edib qürur duyuruq”.

Cənab Abdullayev media nümayəndələrini oğlunun ildönümündə – aprelin 5-də kəndlərinə dəvət edir. Deyir ki, gəlib şəhid ailəsinin hansı vəziyyətdə yaşadıqlarını öz gözləri ilə görsünlər: "Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm gəlib bizim ailə vəziyyətimizi ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz. Şəhidin adının əbədiləşdirilməsi üçün Böyükdəkkə kənd orta məktəbinə oğlum Nurlanın adını verəsiniz. 5 aprel, 2018-ci il tarixdə Nurlanın şəhid olmasının ikinci ildönümünə bütün mətbuat nümayəndələrini dəvət edirəm. Xahiş edirəm, gəlin şəhid Nurlanın valideyinlərinin yaşayışına baxın”.





















Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Son xəbərlər