Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

Ticarət obyektlərinin adını bildirən lövhələrə dair yeni tələb müəyyənləşib

29.03.2018 13:00 1 747
Ticarət obyektlərinin adını bildirən lövhələrə dair yeni tələb müəyyənləşib
Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, indiyə qədər birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr reklam daşıyıcıları hesab edilməyib.

Dəyişikliyə əsasən bundan sonra birbaşa aid olduğu ticarət (xidmət) obyektlərinin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilməyəcək.скачать dle 11.3
Mojo.az Banner