Mojo.az Banner
13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |    
Mojo.az Avto
Mojo.az Avto

Milli Şura və Müsavat “söyüş müxalifəti” ilə bağlı niyə susur...

29.03.2018 00:33 3 249
Milli Şura və Müsavat “söyüş müxalifəti” ilə bağlı niyə susur...
Bəxtiyar Sadıqov: “Başa düşməyənləri başa düşənlər anlatmalıdır”

Avropadakı “söyüş makinaları”nın qeyri-etik davranışları ölkəmizdə sərt etiraz doğurub. Ən müxtəlif sahələrin təmsilçiləri həmin şəxsləri qınayır, onları tutduqları yoldan geri çəkilməyə çağırırlar.

Azərbaycan müxalifəti də bu proseslərdən kənarda qalmır. İndiyə qədər əksər siyasi qurumlar öz mövqelərini açıq şəkildə ortaya qoyub, “söyüş müxalifəti”nə yönəlik müraciətlər edib, bütün dəyərləri tapdalayan söyüş mübarizəsinin onların fəaliyyətinə də xələl gətirdiyini vurğulayıblar. Lakin müxalifət düşərgəsində diqqətçəkən iki siyasi qurum var ki, indiyə qədər susqunluq nümayiş etdirir. Bu qurumlar Müsavat Partiyası və əsasən, AXCP-dən ibarət olan Milli Şuradır. Özü də maraqlı olan odur ki, həmin “söyüş müxalifəti”nin əksər təmsilçiləri vaxtı ilə bu iki siyasi qurumun ya üzvləri olublar, ya da bu təşkilatların dəstəyi ilə mühacirətə gediblər. Bu baxımdan Milli Şura və Müsavatın həmin söyüşcül mühacirləri tutduqları yoldan geri çəkilmək üçün edəcəkləri hər bir müraciətin böyük effekt verəcəyi göz önündədir. Lakin görünən odur ki, hər iki müxalif qurum seyrçi mövqedədir.


“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov hər iki siyasi qurumu sərt şəkildə qınadı: “Azərbaycan müstəqillik, demokratik inkişaf yoluna qədəm qoyandan sonra hər zaman müxalifət partiyaları kimi Müsavat və AXCP özlərini ölkənin təəssübkeşi, dövlətin maraqlarının qoruyucuları kimi təqdim etməyə çalışıblar. Lakin son dövr hadisələri onu göstərir ki, Azərbaycanın maraqları, ölkənin beynəlxalq aləmdəki imici ilə bağlı məsələlərdə bunlar sistemli şəkildə öz yaxalarını kənara çəkir, o məsələlərin heç birinə münasibət bildirmək istəmirlər. O yerdəki söhbət Azərbaycanın dəyərlərindən, milli maraqlarından gedir, o halda bunlar həmin dəyərlərin və maraqların qorunmasında nəinki iştirak etmirlər, heç görünmürlər də. O partiyaların keçmiş üzvləridir ki, Avropaya gediblər, orada özlərinə sığınacaq alıblar, yaxşı da qrantlar alırlar. Görünür, o qrantverənlərdir ki, həmin insanlara Azərbaycana qarşı şərəfsiz mövqe tutmaq tapşırığı veriblər, tərbiyəsiz, mənəviyyatsız mövqe tutmağı tapşırıblar. Onlar da həmin tapşırıqları çox həvəslə yerinə yetirirlər. Bütövlükdə baxsaq görərik ki, bu siyasi mübarizə deyil. Onların bu əməlləri heç bir siyasətçinin metodlarına uyğun gəlmir. Adamlar ancaq təhqirlərlə məşğuldurlar.

Bu şəxslər azərbaycanlı adına yaraşmayan fəaliyyət nümayiş etdirir, azərbaycanlı tərbiyəsinə uyğun gəlməyən ifadələr işlədirlər. Mövqelərini də çox iyrənc şəkildə davam etdirirlər. Bunlara çox təəssüf edirəm. Həmin partiyalar bu məsələlərdə heç olmasa bir bəyanat verib, göstərməli idilər ki, bu siyasi mübarizə deyil, belə mübarizə olmaz, biz bu cür mübarizəni bəyənmirik. Bu qurumlar ən azından keçmiş üzvlərinin hərəkətlərini qınamalı və deməli idilər ki, bu cür hərəkətlər partiyamızın adına başucalığı gətirmir, belə mübarizənin tərəfdarı deyilik. Amma onların susqunluğu göstərir ki, bu cür mübarizəni məqbul sayır, bu mübarizəni öz adlarına layiq bilir, buna görə də, kənara çəkilib seyrçiliklə məşğul olurlar. Demokratiyanın öz prinsipləri, qaydaları var. Hər bir xalqın öz milli-mənəvi dəyərləri, mentaliteti mövcuddur. Başa düşməyənləri başa düşənlər anlatmalı, başa salmalıdır. Əgər bu təşkilatlar susqunluq göstərirlərsə, belə hallardan zövq alırlarsa, elə görünür onlar da bu gün Avropada tərbiyəsiz fəaliyyətlə məşğul olnların tayıdırlar. Susmaqla onların əməllərini bəyəndiklərini nümayiş etdirirlər”./musavat.comскачать dle 11.3
Mojo.az Banner