Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

20 nömrəli məktəbin direktor müavini jurnalisti hədələdi (SƏS YAZISI)

28.03.2018 18:08 2 816
20 nömrəli məktəbin direktor müavini jurnalisti hədələdi (SƏS YAZISI)
Valideyn-Müəllim Assosiasiyası üçün hər bir şagirddən aylıq 5 manat pul yığılması ilə bağlı 20 nömrəli məktəbdən açıqlama verilib.

Median.Az
xəbər verir ki, özünü direktorun köməkçisi kimi təqdim edən şəxs Qaynarinfo-ya açıqlamasında VMA-ların bütün məktəblərdə olduğunu, bəzilərində şagirdlərdən 3-5 manat, bəzilərində də aylıq 10 manat yığıldığını bildirib.

– Valideyn-Müəllim Assosiasiyaları Təhsil Nazirliyinin qərarı ilə 2005-ci ildə təsdiq olunub.

Nizamnaməsi və əsasnaməsi var. Elə məktəblər var ki, 10 manatdır, bizdə isə 5 manatdır. Ola bilər ki, hansısa müəllim valideyndən artıq pul istəyib. VMA pedaqoji şura ilə təsdiq olunan bir qurumdur. İndi hər məktəbin öz VMA-sı var. Elə məktəb var yığılan vəsaiti öz hesabına keçirir. Bizim məktəb də yeni yaradılıb. Hesab açılacaq. Məktəbin mühafizəsini, xadiməsini, qapısını, bacasını saxlamaq da orada gedir. Biz indi sizə onunla bağlı hesabat vermirik. Sadəcə bilin ki, VMA-nın özünün nizamnaməsi və əmri var.

– Məktəbin qapısını, bacasını deyirsiniz, bu dövlət məktəbidir və dövlət də bunun üçün büdcədən vəsait ayırır.

– Bəli dövlətin məktəbidir. Qapıdan, bacadan getmədi söhbət…

Daha sonra direktor müavini bizi hədələyərək bir daha zəng vurmamağımızı bildirdi.

****
20 saylı məktəb-liseydə şagirdlərdən hər ay pul yığılır.

Qaynarinfo-ya daxil olan məlumata görə, məktəbin direktoru Səadət Veysova valideynlərlə iclas keçirərək Valideyn-Müəllim Assosiasiyası yaradıb və assosiasiyaya da valideynlər arasından prezident və xəzinədar seçilib. Məktəbdə təhsil alan hər şagirddən həmin təşkilat üçün ayda 5 manat pul yığılır və bu pulların guya kağız, marker və digər dəftərxana ləvazimatları üçün xərcləndiyi bildirilir.

Qeyd edək ki, məktəbdə 3000-ə yaxın şagird təhsil alır. Bu isə ayda 15000 manata yaxın vəsait yığılması deməkdir. Sinif rəhbərləri pul verməyən şagirdləri hər gün sıxışdırır, bu da valideynlərin haqlı narazılığına səbəb olur.

Məsələ ilə əlaqədar 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova ilə əlaqə saxladıq. Direktor saytımıza açıqlamasında bununla bağlı heç bir məlumatı olmadığını və məsələni öyrəndikdən sonra məlumat verəcəyini bildirdi. Görünür ki, direktor da idarə etdiyi təhsil ocağında baş verənlərdən xəbərsizdir?!

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də müraciət etdik. Qurumdan bildirildi ki, fakt araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.

Son xəbərlər