Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda şirkət rəhbəri onlarla sürücüdən pul alıb, qaçdı – Sürücülər aksiya keçirdi – VİDEO

27.03.2018 18:27 8 544
Bakıda şirkət rəhbəri onlarla sürücüdən pul alıb, qaçdı – Sürücülər aksiya keçirdi – VİDEO
Taksi şirkəti tərəfindən aldadılan sürücülər Bakıda etiraz aksiyası keçiriblər.

“Taksi Park” adlı şirkət 200-ə yaxın şəxsi aldadıb. Şirkət internet üzərindən elan verərək icarəyə avtomobil verdiklərini bildiriblər. Bu elanı görən onlarla şəxs şirkətə gəlib, tələb olunan sənədləri və 500 manatı pulu veriblər.

Onlara günlük 23 manat icarə haqqı vermələri qarşılığında 5 iş günü ərzində avtomobillərin veriləcəyi deyilib. Şərt belə olub ki, şirkət sürücülərə “Saipa” markalı yeni avtomobil verməli imiş. Bunun qarşılığında ilkin ödəniş olaraq 500 manat, sonra isə günlük ödəniş olmalı imiş. Bu sözlərə inanan və adi kağıza imza atan şəxslər 500-1000 manat arasında ödəniş edib, maşınlarını alacaqları günü gözləyiblər. Sonda isə məlum olub ki, şirkət müdiri, İbrahim adlı şəxs pulları da götürüb, aradan çıxıb.

Aldadılan sürücülər isə şirkətin qarşısında etiraz aksiyası keçiriblər. Əraziyə polis əməkdaşları gəlib və şirkətdə çalışan məsul şəxsləri bölməyə aparıblar./minval.info




Son xəbərlər