Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

11,9 kq narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alınıb - FOTO

22.03.2018 11:22 2 219
11,9 kq narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alınıb - FOTO
Martın 20-də Astara rayonu istiqamətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd sularına daxil olması müəyyən edil­ib.

Median.Az
-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqamətdə dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.

Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilib, üzmə vasitəsi geriyə istiqamətlənərək Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsini tərk edib. Həmin üzmə rayonunda sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycan Respubli­kasına məx­sus “Yamaha-75” mühərrikli “ŞA-293” bort nömrəli qayıq müşahidə edilib və saxlanılıb. Üzmə vasitəsinin heyət üzvlərinin – Astara rayon Şahağacı kənd sakinləri Quliyev Əliağa Rauf oğlu və Quliyev Seymur Mirzəhəsən oğlunun sərhəd sularında üzmə qaydalarını pozmaları müəyyən olun­ub.

Həmin ərazidə sərhəd gözətçi gəmisi tərəfindən keçirilmiş axtarış tədbirləri nəticəsində 1 buya bərkidilmiş 3 bağlama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar olunub. Saxlanılmış üzmə vasitəsinin heyət üzvlərinin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsində iştirakları müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.







скачать dle 11.3

Son xəbərlər