Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 1 gəncin faciəsi

19.03.2018 20:04 5 968
Bakıda 1 gəncin faciəsi
Ötən gün Respublika Klinik Xəstəxanasında 22 yaşlı gənc ağır xəstəlikdən dünyasını dəyişib.
“Ölkə.Az”a dünyasını dəyişən 22 yaşlı Əsədov Vüqarın atası Faiq Əsədovun verdiyi məlumata görə, oğlu kron (həzm sisteminin xroniki residivləşən, bağırsağın müxtəlif nahiyələrində iltihabla və qranulyomatoz-xoralı zədələnmələrlə müşahidə olunan xəstəlik) xəstəliyindən əziyyət çəkirdi. Sonuncu dəfə 1 saylı şəhər xəstəxanasında əməliyyat olunan Vüqarın sağalması üçün 10 min manat pul lazım idi.

“7-8 ildir "kron" xəstəliyindən əziyyət çəkir, illərlə müalicə olunmasına baxmayaraq, xəstəlik sağalmadığı üçün 2016-cı ildə bağarsaq əməliyyatı olunub.
Ancaq xəstəlik bununla əl çəkmədi. Belə ki, get-gedə qida borusunda daralma və yaralar yaranmağa başladı. Son müayinələrdən sonra həkimlər qida borusu əməliyyatının lazım olduğunu dedilər. Ölkəmizdə bu əməliyyatı edəcək 2-3 həkim var. Əməliyyat üçün dedikləri məbləğə ailənin maddi imkanı çatmır. 7-8 il müddətində Azərbaycanda, İranda dəfələrlə müayinə və müalicələr olunub ailənin bütün vəsaiti də onlara xərclənib”, - deyə dərdli ata bildirib.

Faiq Əsədovun sözlərinə görə, müəyyən qurumlara və Səhiyyə Nazirliyinə müraciətlər olunsa da, verilən cavab əhəmiyyət kəsb etmirdi, ancaq müayinə və müalicəyə göndərirdilər. Xəstəlik isə ağırlaşmağa davam etdi, mütləq şəkildə əməliyyat olunmalı idi.

Qeyd edək ki, bir neçə gün öncə V.Əsədovun bacısı Nəzrin Əsədova qardaşının əməliyyat olunması üçün yardımla bağlı sosial şəbəkələrdə bank hesab nömrəsi də paylaşıb. Ancaq 10 min manata görə, V.Əsədov həyatını itirdi. Atasının sözlərinə görə, oğlu xəstəliyə düçar olduqdan sonra Gəncə Texnalogiya Universitetinindəki təhsilini də yarımçıq buraxmışdı.

скачать dle 11.3
Mojo.az Banner