Mojo.az Banner
Son Xəbərlər
14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu kənddə toyuqlar bir-bir xoruza çevrilir - FOTOLAR

19.03.2018 16:41 4 527
Bu kənddə toyuqlar bir-bir xoruza çevrilir - FOTOLAR
20-25 ildir toyuq-cücə saxlayan Gülcan Pərihanın toyuqları bir-bir xoruz olmağa başlayıb.

Türkiyənin Kastamonu adlanan ərazisində yaşayan yaşlı qadın təqaüdə çıxdıqdan sonra həyətində toyuq-cücə bəsləməyə başlayıb. Bir müddət sonra isə toyuqların bir-bir yumurtadan kəsildiyini və yavaş-yavaş xoruza çevrildiyini görür:

"25 ildən çoxdur toyuq-cücə saxlayıram. Belə hadisə başıma üçüncü dəfədir gəlir. Daha əvvəlki illərdə də toyuqlarım xoruza çevrilmişdi. Əsasən tük tökülmə dövrünə girdikdən sonra bəzi toyuqlarımın tükləri daha tünd və parlaq rənglərlə əvəz olunmağa başlayır, quyruqları dəyişir və xoruz kimi banlamağa başlayırlar. Sonuncu dəfə bu hadisə 2 gün qabaq yaşandı. Bir müddət sonra demək olar ki, bütün toyuqlarım tam dəyişərək xoruz olub və xoruz kimi banlamağa başlayırlar. Bunun hansı səbəbdən belə olduğunu anlamıram".

Qadın məsələ ilə bağlı Kastamonu Universitetinin Baytarlıq fakültəsinin mütəxəssislərinə müraciət edib. Həmin heyvanlar laborotoriya müayinəsinə aparılıb. Aparılan tədqiqatlardan sonra baytarlar bunun cinsiyyət dəyişikliyi hadisəsi olduğunu təsdiqləyiblər:

"Bu nadir hadisədir. Patoloji bir proses müşahidə edildiyi üçün toyuq bütün keyfiyyətlərini dəyişir. Hadisəyə isə onların yemləndiyi və saxlandığı torpaqlarda androgen qrupuna daxil testosteron qalıqlı tullantıların olması səbəb olur"./lunar.az





Son xəbərlər