Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tükürpədici hadisə: Jurnalistin evində öldürülüb bir-birinə bağlanmış xoruz və toyuq tapıldı - FOTO

31.01.2020 13:19 3 515
Bakıda tükürpədici hadisə: Jurnalistin evində öldürülüb bir-birinə bağlanmış xoruz və toyuq tapıldı - FOTO
Jurnalist İlkin Vaqifoğlunun evindən oğurluq edilib və aparılan əşyaların yerinə ölü xoruz və ölü toyuq qoyulub.

Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə yanvarın 26-sı gecə saatlarında Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin anbarında baş verib.

İ.Vaqifoğlu Qafqazinfo-ya açıqlamasında bildirib ki, oğurluq edən şəxs və ya şəxslər anbardan beş min manatlıq ev əşyaları aparıblar:

“Polis bizə dedi ki, oğurlanan əşyaların siyahısı və qiymətlərini yazıb verək. Bunu araşdıranda anbarın ən dib hissəsində yerləşən şkafın ən aşağı gözündən boğularaq öldürülmüş və dəsmalla bir-birinə bağlanmış xoruz və toyuq tapdıq. Onların başı kəsilməmişdi və heyvanlar bizim deyildi, kimsə onları kənardan gətirmişdi.

Səhəri gün isə həyətimizdəki toyuğun başını kəsib darvazanın yanına atmışdılar. Hər iki halla bağlı polisə məlumat vermişik, cinayət işi açılıb. Lakin bu məsələ artıq oğurluqdan fərqli bir hadisədir. Bunu edən şəxslər mənə və ailəmə hədə-qorxu gəlirlər.

Şübhələndiyimiz kimsə yoxdur. Daxili İşlər Nazirliyi rəhbərliyindən xahiş edirəm ki, bu məsələ nəzarətə götürülsün və ciddi araşdırılsın. Çünki artıq məsələ mənim və ailəmin həyatı ilə bağlıdır”.

скачать dle 11.3

Son xəbərlər