Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

“Dəmir Yolları”nın dəmir qaydaları: “Hara şikayət etsəniz də mənası yoxdur…”

17.03.2018 17:25 2 988
“Dəmir Yolları”nın dəmir qaydaları: “Hara şikayət etsəniz də mənası yoxdur…”
Azərbaycan Dəmir Yollarında hər şey dəmirdəndir. Söhbət təkcə relslərdən, vaqonlardan, parovozlardan getmir. Sən demə, ADY-nin sədri də “dəmirbiləkli” imiş

Deyilənlərə görə, Cavid Qurbanovun bu dəmir iradəsi o qədər möhkəmdir ki, hətta ölkə rəhbərinin həyata keçirdiyi siyasətlər belə, onu yumşalda bilmir. 

Median.Az bildirir ki, hər halda Ucar rayonunda yaşayan hüquq müdafiəçisi Purqafari Azər Ələsgər oğlunun Ovqat.com-a göndərdiyi şikayət məktubundan belə anlaşılır.

Hüquq müdafiəçisinin saytımız vasitəsilə ölkə başçısına ünvanladığı müraicətində bildirdildiyinə görə, Prezident İlham Əliyevin gənclər siyasətinə, onların işlə təmin olunmasına xüsusi diqqət ayrıldığı halda, Gəncə Lokomotiv Deposunun rəisi nəinki bu təlimatlara əməl etmir, əksinə, öz tabeçiliyində olan idarəni barmaqla sayılacaq qədər az gənc kadrlardan təmizləyir. Əvəzində depo pensiya yaşını adlamış qocaların ümidinə qalır.
Gəncə Lokomotiv Deposundakı gəncləri budama əməliyyatının isə çox sadə səbəbi var: Cavanlar öz əmək haqlarının qanunsuz tutulmasına etiraz edir və qocalara pis örnək olurlar.  Hüquq müdafiəçisinə inansaq, depoda məhz bu səbəbə görə bir gündə 40 gənc işdən qovulub.
Bildirilir ki, 1000-dən çox işçisi olan deponun rəisi İslam Əsgərovu ölkə rəhbərliyinə ediləcək şikayət də qorxutmur. Çünki onun Əlirza Süleymanov adlı nəhəng bir himayədarı var. İddiaya görə, İslam Əsgərovun özü də bunu gizlətmir, hətta depo rəisinin şikayətçilərdən birinə faktı açıq şəkildə etiraf edərək deyib:

“Hara şikayət etsəniz də mənası yoxdur, mənim arxamda Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Əlirza Süleymanov dayanır”.
Çox uzunçuluğa varmadan saytımız vasitəsilə Azərbaycan siyasi iradəsinə göndərilən məktubu kiçik redaktə fərqiylə dərc edirik:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Ucar rayonu 20 Yanvar küçəsi ev 34 sakini, hüquq müdafiəçisi Purqafari Azər Ələsgər oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli Prezident! 
Sizin gənclərin işlə təmin olunması barədə müvafiq tapşırıqlarınıza Azərbaycan Respublikasının hər yerində əməl edilsə də, Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərov bir gündə 40 nəfər gənci qanunsuz olaraq işdən çıxarıb. Həmin 40 nəfər gənc öz işlərində heç bir nöqsana yol verməyiblər. İslam Əsgərov isə idarədə yüzlərlə pensiya yaşı keçmiş şəxsə toxunmadığı halda bu günahsız gəncləri işdən çıxardıb.
İslam Əsgərovun rəisi olduğu Gəncə Lokomotiv Deposunun  1000 dən çox işçisi var. Hər işçinin maaşından ayda külli miqdarda pul tutulur – gecə pulu məzuniyyət haqqı adı ilə verilməli olan vəsaitlər.

İslam Əsgərovun həyat yoldaşı Biləcəri Deposunda yüksək vəzifə tutur.

Gəncə Lokomotiv Deposundan qanunsuz olaraq işdən çıxarılmış Yevlax rayonu Tanrıqulular kənd sakini Ələkbərov Babək İlham oğlu İslam Əsgərovun qanunsuz əməllərindən şikayət etdiyi üçün onun hədəsinə məruz qalıb. İslam Əsgərov şikayətçi Babək Ələkbərova deyib ki, “Hara şikayət etsəniz də mənası yoxdur, mənim arxamda Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Əlirza Süleymanov dayanır. Mən onun tapşırığı ilə 40 nəfər gənci işdən çıxarmışam”.

Qeyd edim ki, İslam Əsgərov işdən çıxardığı 40 nəfər gəncin valideyinlərini çağırıb onlara hədə-qorxu gəlib ki, övladlarınzı başa salın, bir daha mənim barəmdə şikayət etsələr, onlara baha başa gələcək, onların telefonlarını dinlətdirirəm”

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident 40 nəfər gənci işdən qanunsuz olaraq çıxarıb onları işsiz qoyan Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun bu əməli sizin siyasətinizə ziddir. Buna görə də İslam Əsgərovun bu korrupsiya əməllərinin  araşdırılıb barəsində qanunu tədbirlər görməyinizi sizdən xahiş edirəm”.

Son xəbərlər