Mojo.az Banner
17:51 Müctəba Xamenei süni tənəffüs aparatına qoşulub  |     17:43 Dövlət xidmətinin adından saxta kurslar təşkil olunub - XƏBƏRDARLIQ  |     17:25 Yeniyetməni oğurlayıb ailəsindən pul tələb edənlərə HÖKM OXUNDU  |     17:23 Kiberpolisdən ƏMƏLİYYAT: Saxlanılanlar var - Video  |     17:17 SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərənlərin məhkəməsi başlayıb  |     16:01 Yeni cərimələr TƏSDİQLƏNDİ: 550 manatdan 2500 manatadək  |     15:48 Xaçmaz və Şabranda qaz kəsiləcək  |     15:47 Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb  |     15:11 15 yaşında ailə qurub uşaq dünyaya gətirdi - Cinayət işi açıldı  |     15:10 "Bitcoin" aylıq maksimumunu yenilədi  |     13:51 Təqaüdçülərin kartlarını talayan şəxs tutuldu  |     13:39 Azərbaycan vətəndaşı olmaq üçün fevralda müraciət edənlərin SAYI AÇIQLANDI  |     13:31 Bakı səmasında dron səsləri - Nə baş verir? - Rəsmi açıqlama (Video)  |     13:22 60 mindən çox köçkünün müavinəti KƏSİLİB  |     13:21 Fransaya casusluqda ittiham olunan Martin Ryana və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədliyə hökm oxunub  |     13:20 Sabah 17 dərəcə isti olacaq  |     13:19 Bayram namazının vaxtı və fitrə zəkatının məbləği AÇIQLANDI  |     13:16 Gürcüstanda bəzi azərbaycanlıların əmlakı məcburi qaydada müsadirə olunacaq  |     13:10 Qəbul imtahanlarının tarixi AÇIQLANDI  |     13:05 Dünən keçirilən buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI  |    
Left Banner
Right Banner

Iki nəfərin ölümünə səbəb olan qəza törətmiş polis oğlu 6 il cəza alıb

16.03.2018 14:26 2 653
Iki nəfərin ölümünə səbəb olan qəza törətmiş polis oğlu 6 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Arif Rəhimovun CM-nin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, Bakı şəhər sakini Seymur Məmmədova məxsus “Toyota" markalı avtomaşına vurub, daha sonra idarəetməni itirərək Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. Nəticədə F. Məmiyev (1971-ci il təv.) və sərnişini Kamal Məmmədov (1966-cı il təv.) hadisə yerində ölüblər, onun digər 2 sərnişini, həmçinin A. Rəhimov və onun 1 sərnişini Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, o ambulator müalicəyə buraxılıb.

Məlum olub ki, o Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner