Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? |
Mojo.az Avto
Mojo.az Avto

“Qonşu kənddən bir qızın ona gözü düşmüşdü” — Şeyxlə bağlı maraqlı məqamlar + FOTO

15.03.2018 23:36 2 426
“Qonşu kənddən bir qızın ona gözü düşmüşdü” — Şeyxlə bağlı maraqlı məqamlar + FOTO
Qafqaz müsəlmanlarının şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin sinif yoldaşı onunla bağlı xatirələrini bölüşüb.
Median.az xəbər verir ki, Azedu.az saytına danışan İltifat Muğbiloğlu şeyxlə bağlı maraqlı faktlar açıqlayıb.

İ. Muğbiloğlu Paşazadə ilə sonuncu sinifləri birgə oxuduğunu bildirib:

“Bölgələrdə o vaxtlar orta məktəblər az idi. Bizim kənddə tam orta məktəb var idi deyə onlar 8-ci sinfi bitirdikdən sonra təhsillərini davam etdirmək üçün bizim kəndə gəldilər. Allahşükür də qonşu Cil kəndində anadan olub və aşağı sinifləri orada oxuyub. Dinin əlifbasını atamın yanında öyrənib. Masallı rayonunun Ovaşer kəndində Qüdrət Abbasov adlı şeyx vardı, atamla birgə onun yanına getdilər. Sonrakı təhsilini də həmin din xadimi ilə davam etdirdi.

Şeyx çox qətiyyətli, az danışan şagird idi. Mən onu məqsədinin ardınca gedən biri kimi xatırlayıram. Çox güclü oxumasa da, bizimlə ayaqlaşırdı. Onun dil, ədəbiyyat, xarici dil, tarix, həmçinin, təbiət fənlərinə də marağı vardı. O dövrdə ingilis-dili keçirdik. Bu fəndə siniflə tam ayaqlaşırdı. Bir məqamı sizə xatırladım: bizdən aşağı sinifdə oxuyan Rafael adlı uşaq var idi. Qonşu kənddən gəlmişdi. İndi biologiya elmləri namizədidir. O da deyirdi ki, mən öz kəndimizdə oxuyanda sinfin ən güclü şagirdi idim. Burada isə ən zəif şagirdlə belə ayaqlaşmağa çətinlik çəkirəm. Amma şeyxdə belə deyildi. Elə bil ki, onda Allah tərəfindən verilən fitrət vardı. Tez ünsiyyət quran idi. Tez qavramağı, götürməyi bacarırdı. Onun xarici görkəmi də çox şirin idi. İstəyirdi ki, hamı ilə tərəf müqabili olsun, ünsiyyət saxlasın. Qısa müddətdə özünə çoxlu dost-tanış tapmışdı. Mehriban insan idi”.
Sinif yoldaşı A.Paşazadə ilə bağlı ən yadda qalan xatirəsindən də bəhs edib:

“Şeyx xarici görkəmcə şirin uşaq idi, toppuş idi. Qonşu kənddən bir qızın ona gözü düşmüşdü. Hətta məktub da yazmışdı. Məktubun üstü açıldı. Biz də məsxərəyə qoyub zarafatlaşdıq. Şeyx də deyirdi ki, vallah mənim xəbərim yoxdu. Qorxuram şeyxin qulağına gedib çatar”.

İltifat Muğbiloğlu şeyxin bir qədər qapalı insan olduğunu söyləyib: “O, sirrini hər kəsə açmazdı. Bəzən nəğmə, rəsm dərslərində şuluqluq edərdik, amma o çox sakit, təmkinlə dayanıb tamaşa edərdi. O, bizimlə avaralıq etməzdi”.

Son xəbərlər