Mojo.az Banner
13:04 Gürcüstandan Azərbaycana qayıtmaq istəyənlər üçün vacib açıqlama – ADY-dən rəsmi cavab  |     12:42 Hansı cinsi davranışlar normal, hansıları təhlükəlidir? – Psixoloq izah edir  |     12:34 Bakıda küçədə meyit tapıldı  |     12:15 Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ  |     12:08 Abşeronda üçaylıq körpə boğulub öldü  |     11:55 Əməkdar məşqçi VƏFAT ETDİ - FOTO  |     11:49 Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat edib  |     11:44 Azərbaycan nefti kəskin ucuzlaşdı  |     11:39 Sabunçuda qadın BIÇAQLANDI: Qayınatası şübhəli bilinir  |     11:33 Dünya bazarında neft BAHALAŞDI  |     11:26 Pavel Durov beynəlxalq axtarışa verildi  |     11:13 Ali məktəblərə qəbul üçün ixtisas seçiminin başlayacağı TARİX BİLİNDİ  |     23:04 Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə  |     22:59 Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür  |     22:52 Qapıda unudulan açar 5 min manatlıq oğurluqla nəticələndi - Məhkəmə qərarı  |     22:47 İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO  |     22:39 ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR  |     22:34 Xəyanəti ən çətin bağışlayan bürclər  |     22:25 Hər gün piyada gəzməyin bilmədiyiniz faydaları  |     22:19 2050-ci ildə qorxulu mənzərə: Yoluxma sayı 35 milyona yaxınlaşacaq  |    
Left Banner
Right Banner

Tbilisidə 5 azərbaycanlı ailənin evi əlindən alınır - FOTO

13.03.2018 18:14 2 790
Tbilisidə 5 azərbaycanlı ailənin evi əlindən alınır - FOTO
Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Petriaşvili küçəsi-48 ünvanında yaşayan 7 ailə evsiz qalmaq təhlükəsi ilə üz-üzədir.

APA-nın məlumatına görə, həmin ailələrin 5-i azərbaycanlı ailəsidir.

Ailələrin evlərindən çıxarılmasına səbəb kimi onların dədə-babadan, bir əsrə yaxın yaşadıqları evlərlə bağlı müvafiq sənədlərinin olmaması göstərilir.

7 ailənin taleyi Gürcüstanda sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan birinə çevrilib. Ötən həftə 3 ailənin evlərindən əşyaları ilə birgə zorla çıxarılmasının əks olunduğu videogörüntülər internet istifadəçilərinin hiddətinə səbəb olub. Həmin gün məhkəmə icraçıları ərazidə olub və sakinlərlə şifahi qarşıdurma yaşanıb. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım çağırılıb.

Ailələrin şəraitsiz, köhnə əşyalı və rütubətli evləri 156 kv. m. sahədə yerləşir. Ailələrin xəbəri olmadan şəhərin mərkəzi Vera rayonunda yerləşən bu sahə bir qadın tərəfindən satın alınıb. İş adamı olan həmin qadının Petriaşvili küçəsinin yaxınlığında bir neçə ticarət və digər obyektlərin olduğu bildirilir. Neçə nəsil həmin evlərdə yaşamış 5 azərbaycanlı və 2 gürcü ailənin maddi vəziyyəti çox ağırdır. Onların arasında 3 əlil, yaşlı xəstələr və uşaqlar var. Ümumilikdə 35 nəfər hər günü evsiz qalacağı qorxusu və təlaşı ilə yaşayır.

Evini itirmək təhlükəsi ilə üzləşmiş ailələrdən biri Məmmədovlar ailəsidir. Ailənin üzvü, II qrup əlil Pərviz Məmmədov bildirib ki, atası 80 ildən çoxdur bu evdə yaşayır: “Martın 9-da məhkəmə icraçıları evimizin otaqlarını boşaltdılar. Şəkər xəstəsi olan atam və həyat yoldaşımla mətbəxə sığınmışıq. Sonradan tikildiyinə görə, mətbəx satılıb-alınmış yaşayış sahəsinə daxil olmayıb. İki uşağımı isə tanışların evinə yerləşdirmişik. Yaşamağa digər yer versələr, evimizdən çıxmağa razıyıq. Amma nə yaşayış yeri, nə də kompensasiya vermək istəyirlər. Getməyə başqa yerimiz yoxdur. Şikayətlərimizə baxan da yoxdur”.

Məmmədovların boşaldılmış evinin qapısının qulpu çıxarılıb. Ailənin ev əşyaları qonşu evlərin həyətində açıq havada qalıb, evin qazla təchizatı da dayandırılıb.














скачать dle 11.3
Mojo.az Banner