Mojo.az Banner
23:02 ABŞ-dən İraqa yeni sanksiyalar  |     22:54 Çində 2 keçmiş müdafiə naziri ilə bağlı şərti edam cəzası  |     22:49 “Yaxşı, özünə ev tikirsən, bəs camaatın qəbri ilə nə işin var?” - Video  |     22:41 Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalandı  |     22:36 74 yaşlı qadın hamamda yıxlıb öldü  |     22:28 Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı  |     22:22 Günəşdə güclü partlayış qeydə alınıb  |     22:19 Süper kompüterlər niyə “Windows” əvəzinə “Linux” istifadə edir?  |     22:07 Turizm Agentliyi 14 ölkədən jurnalist və blogerlər gətirir 1 milyon manat ayrılıb  |     21:54 Kredit borcuna görə ölkədən çıxış qadağası: hansı hallarda tətbiq olunur?  |     21:38 Sumqayıtda yataqxanada yanğın oldu, sakinlər təxliyə olundu  |     21:11 Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videoya çəkib yaydılar  |     21:08 Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - Video  |     21:03 Rusiya ikigünlük atəşkəs elan etdi  |     20:08 "40 qəpik xidmət haqqı tutulması düzgün deyil" - İqtisadçı  |     20:00 Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı  |     19:54 Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)  |     19:49 Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? - Professordan xəbərdarlıq  |     19:41 Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi  |     19:36 60 bal toplayan müəllim uğurunun sirrini açıqladı  |    
Left Banner
Right Banner

Sabah Bakıya sulu qar yağacaq

13.03.2018 14:03 2 328
Sabah Bakıya sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraitinin arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən oxu.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 14-də hava şəraitinin yağmursuz keçəcəyi, bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 14-15-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.скачать dle 11.3
Mojo.az Banner