Mojo.az Banner
23:26 "Spotify" xidmətinin işində qüsurlar yarandı  |     22:47 Rixard Raşi Azərbaycana gəldi  |     22:46 Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır  |     22:39 Komendant bunları sizə qadağan EDƏ BİLMƏZ  |     22:32 Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir  |     22:24 Hotellər ən çox gəliri nədən əldə edir?  |     22:19 Dünyanın ən bahalı gəmiləri: "Trump"lar nüvə enerjisi ilə təchiz ediləcək  |     22:10 Bərdədə təqaüd və işə düzəltmə dələduzluğu  |     22:05 Azər Əhmədov vəzifəsindən azad edildi  |     21:58 Ermənistan Rusiyanın notasına əhəmiyyət vermədi  |     21:53 İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq  |     21:45 Yelo Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI  |     21:40 Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapıldı  |     21:33 BDU-nun əməkdaşı vəfat etdi  |     21:28 Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - AÇIQLAMA  |     21:20 Qubanın üç kəndinin adı dəyişdirilib  |     21:15 Eminemin ilk albomu rekord qiymətə satıldı  |     21:07 Azərbaycan iqtisadiyyatı böyüyüb  |     21:01 "Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" - Deputat  |     20:54 İşğaldan azad olunan ərazilərə ayrılan vəsait açıqlandı  |    
Left Banner
Right Banner

Nazir əmr verdi – Piyadalara görə polislərin sayı artırıldı

13.03.2018 13:05 3 079
Nazir əmr verdi – Piyadalara görə polislərin sayı artırıldı
Piyadavurmaların qarşısını almaq üçün əlavə 200 polis DYP-yə ezam olunub

Respublika üzrə küçə və yollarda piyadaların hərəkətini tənzimləmək məqsədilə xidmət aparan polis əməkdaşlarının sayı artırılıb. Avtosfer.az xəbər verir ki, son günlər Bakı şəhərində piyada zolaqlarının, piyadaların qayda pozaraq istifadə etdiyi ərazilərin yaxınlığında yol polisi geyimində xidmət aparan polislər Post-Patrul Xidmətinin əməkdaşlarıdır. Onlar bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə PPX-dən YPX-yə ezam olunublar. Son günlər həmin polislər şəhərin sıxlıq olan yerlərində, məktəblərin və digər idarə-müəssisələrin yaxınlığında xidmət aparırlar. Onlar nizamlanmayan keçidlərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləyərək həm təhlüləsizliyi təmin edirlər, həm də sıxlıq yaranmasının qarşısını alırlar. Həmin əməkdaşlar piyadaları cərimələkdən çox onların hərəkətini nizamlamağa üstünlük verirlər. Amma cərimələr də yazılmaqda davam edir.

Xəbəri Avtosfer.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də təsdiq edib. O bildirib ki, yollarda piyadavurma hadisələrinin qarşısının alınması, piyadalarda keçidlərdən istifadə vərdişlərinin formalaşması, keçid olmayan yerlərdən, eləcə də keçidlərin yaxınlığından təhlükə yaradaraq yola çıxan piyadaların qarşısının alınması məqsədilə yeni əməkdaşlar xidmətə cəlb edilib. Belə ki, daxili işlər nazirinin ilkin əmrində 110 nəfər PPX əməkdaşı YPX-nə ezam olunmuşdusa, hazırda onların sayı 300-dən çoxdur.

Kamran Əliyev bildirib ki, həmin PPX əməkdaşlarına müvafiq qaydada kurslar keçilib, vətəndaşlarla ünsiyyət, yol hərəkəti qaydaları və “Yol hərəkəti haqqında” qanunun tələbləri izah olunub. Biliklərə tam yiyələndikdən sonra xidmətə başlayıblar. Təkcə Bakıda yox, respublikanın bütün iri şəhər və rayonlarında xidmət aparan həmin əməkdaşların gördüyü işlər artıq müsbət nəticələr verir. Vaxtilə pik saatlarda sıxlıq yaranan küçə və yollarda indi nəqliyyatın və piyadaların hərəkəti normal şəkildə təmin edilir.
скачать dle 11.3
Mojo.az Banner