Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol polisindən unikal yenilik

15.01.2020 18:45 1 353
Yol polisindən unikal yenilik
Yol polisi Bakıda hərəkətin intensivliyini artırmaq üçün fasiləsiz xidmət aparır.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, son günlər Bakıda DYP rəhbərliyi hərəkətin təşkili ilə bağlı yenilik edib. Belə ki, idarədə kameralara nəzarət edən əməkdaşlar mütəmadi olaraq yollarda xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə əlaqə saxlayırlar. Hansı yolda sıxlıq müşahidə olunsa, harada qanunsuz parklanma və ya hansısa problem yaransa, dərhal ərazidə xidmət aparan əməkdaşa radioqəbuledici vasitəsilə məlumat verilir. YPX əməkdaşları isə vaxt itirmədən deyilən yerə yaxınlaşaraq problemi aradan qaldırırlar.

Yol polisi əməkdaşları “20 Yanvar”, “Şamaxinka”, 3-cü mikrorayon və “Memar Əcəmi” dairələrində fasiləsiz xidmət aparır, dayanacaqların ətrafını boşaldır, yolun hərəkət hissəsini zəbt edən taksi sürücülərini ərazidən kənarlaşdırırlar. Həmçinin piyadaların yolu keçməsi, avtobusların dayanacağa rahat daxil olması, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi təmin olunur. Bunun nəticəsində yollarda nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti təmin edilir.

Bu yeniliklər sakinlər tərəfindən də bəyənilib. Onlar bildiriblər ki, şəhərdə son günlər tıxaclar azalıb, dayanacaqlardan istifadə asanlaşıb. Sakinlər bu addıma görə yol polisinə təşəkkür ediblər.

Son xəbərlər