Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

I sinfə elektron qəbul başlayıb

12.03.2018 11:58 5 200
I sinfə elektron qəbul başlayıb
Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2018-2019-cu tədris ili üzrə birinci sinfə elektron sənəd qəbulu başlayıb.

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək.

Sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə beş, Sumqayıt şəhəri üzrə dörd, Abşeron rayonu üzrə altı məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Birinci sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Gəncə şəhəri üzrə bir, Sumqayıt şəhəri üzrə bir və Abşeron rayonu üzrə bir ümumi təhsil müəssisəsində Apellyasiya Komissiyaları təşkil olunub.

Gəncə Şəhər Təhsil İdarəsinin (022) 256-15-76 nömrəli telefonu, ganja@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Sumqayıt Şəhər Təhsil Şöbəsinin (018) 642-00-88 nömrəli telefonu, esumgayıt@edu.gov.az elektron poçt ünvanı vasitəsilə, Abşeron Rayon Təhsil Şöbəsinin (012) 342 29 06 nömrəli telefonu, absheron@edu.gov.azelektron poçt ünvanı vasitəsilə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (tel:146) zəng etməklə, suallara aydınlıq gətirmək mümkündür.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda 2018-2019-cu tədris ili üzrə birinci sinfə elektron sənəd qəbulu həyata keçirilir.

Xatırladaq ki, Bakı şəhəri üzrə I sinfə qəbul fevralın 22-də başlayıb./oxu.az

Son xəbərlər