Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

128 dəfə radara düşən sürücü saxlanılıb – VİDEO

10.03.2018 15:36 2 710
128 dəfə radara düşən sürücü saxlanılıb – VİDEO
128 dəfə radara düşən sürücü nəhayət saxlanılıb.

Median.Az-ın məlumatına görə, həmin sürücü Sumqayıt sakini Şahmar Mustafayevdir. Onu bir neçə gün əvvəl paytaxtın Səbail rayon dövlət yol polisi əməkdaşları saxlayıblar. Şahmar Mustafayevə bildirilib ki, ödənilməmiş cərimələri var buna görə avtomobili müvəqqəti duracağa aparılıb.
Sürücü iddia edir ki, ona elektron qaydada 15 min 300 manatlıq cərimə protokolları yazılıb və ona bu cərimələrlə bağlı heç bir məktub gəlməyib. Şahmar Mustafayev onu da bildirir ki, müvəqqəti etibarnamə ilə idarə etdiyi avtomobil qohumunun adınadır, hətta onun da ünvanına məktub gəlməyib. O, həmçinin bu protokolların çoxunda şəkillərin eyni olduğunu da iddia edir.

Sürücü məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədə araşdırma aparılarkən ona bildiriblər ki, 128 dəfə radara düşüb və bunun çoxu da Bakı-Sumqayıt yolunda qeydə alınıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ”Xəzər Xəbər”ə bildirdi ki, sürücü cərimə məbləğini şişirdib. Ona 15 min 300 manat yox, 1570 manat cərimə yazılıb. Şahmar Mustafayev cəriməsinin 690 manatını müxtəlif vaxtlarda ödəyib. Qalan 880 manat borca görə, sürücü yol polisi tərəfindən saxlanılıb. Qaldı ki, sürücünün bəzi şəkillərdə avtomobilinin olmaması iddiasına, o, istənilən vaxt Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib məsələni araşdıra bilər.скачать dle 11.3

Son xəbərlər