Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Saatda 160 kilometr gedən maşın 170-lə radara düşdü - VİDEO

06.08.2018 12:12 4 925
Saatda 160 kilometr gedən maşın 170-lə radara düşdü - VİDEO
Maksimum sürəti 160 kilometr/saat olan yük maşını 170-lə radara düşüb.

Median.Az
“Xəzərxəbər”ə istinadən məlumat verir ki, maraqlı hadisə Şirvan sakini Rahil İmanovun başına gəlib.

Onun idarə etdiyi yük maşını iyulun 30-da İmişlidən Beyləqan istiqamətində hərəkətdə olarakən magistral yolun 91-ci kilometrliyində radara düşüb.

Rahil İmanova sürət həddi saatda 90 kilometr olan ərazidə nəqliyyat vasitəsinin 170 km/saat sürətlə hərəkət etdiyinə dair protokol gəlib.

Rahil İmanov deyir ki, idarə etdiyi yük maşınının maksimum sürəti 160 km/saatdır. Lakin heç bu sürətdə də sürə bilməz. Çünki nəqliyyat vasitəsi firmaya məxsusdur və ona GPS sistemi quraşdırılıb. Sürət həddi qoyulan limiti aşdıqda sürücü rəhbərlik tərəfindən cəzalandırılır.

Nəqliyyat və yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, bu cür məsələlər adətən texniki səhvlər zamanı ortaya çıxır. Bunun üçün nəqliyyat vasitəsinin texniki göstəriciləri və radara düşdüyü vəziyyət tam araşdırılmalı, sonra hüquqi qiymət verilməlidir. Bunun üçün sürücü məsələnin araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir.

Son xəbərlər