Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə 51 yaşlı qadın pəncərələri silərkən yıxılaraq dünyasını dəyişib

03.03.2018 14:56 2 846
Gəncədə 51 yaşlı qadın pəncərələri silərkən yıxılaraq dünyasını dəyişib
Gəncədə 51 yaşlı qadın ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib. Hadisə şəhərin Ozan küçəsində yerləşən yaşayış binalarının birində baş verib.

İlkin məlumata görə, Elbəniz Quliyeva Şəmi qızı evdə pəncərələri silərkən ehtiyatsızlıqdan yerə yıxılıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Son xəbərlər