"25 nəfəri təkbaşına çıxartdım, yerdə qalanlar külə döndü" - Hadisənin şahidi danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Starmer: Putin atəşkəsin yubadılmasının səbəbkarıdır  |     22:40 Albaniya neft emalı sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır  |     22:30 6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO  |     22:14 Naxçıvan MR Tibb Müəssisələrinin İdarəetmə Birliyinin İcraçı direktoru işdən çıxarılıb  |     22:07 Yaşar Nurinin həyat yoldaşı: “Aparıcı soyuducunu açdı - baxın, xalq artistinin evində soyuducu boşdur” - Müsahibə  |     21:58 Fidan-Rubio danışıqlarının təfərrüatları açıqlanıb  |     21:47 Gəncədə emalatxanada yanğın olub  |     21:39 Bakıda məktəbdən uşaq oğurlanıb? - sakinlər danışd: "Hicablı kişi..." - VİDEO  |     21:30 Pakistan Hindistanla atəşkəsi mayın 18-dək uzatmağa hazırdır  |     21:23 Azərbaycanda işləyənlərin sayı açıqlandı  |     21:15 Rusiya nümayəndə heyəti Dolmabağça sarayına getmədi  |     21:08 Uzun müddət axtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib  |     20:52 Azərbaycan və Pakistan arasında dəmir yolu sahəsində əməkdaşlıq müzakirə olunub  |     20:41 "Uşaqların ölümündən sən günahkarsan" - Bill Qeytsdən Maska  |     20:36 Masallıda 20 yaşlı oğlanın meyiti tapıldı  |     20:16 Zelenski Ərdoğanla görüşü ilə bağlı paylaşım edib  |     19:59 Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək  |     19:48 "Cinsiyyət orqanı tam amputasiya olunub" - Xaçmazdakı cinayətlə bağlı AÇIQLAMA (YENİLƏNİB)  |     19:31 Azərbaycan və Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib  |     19:25 Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI  |    

"25 nəfəri təkbaşına çıxartdım, yerdə qalanlar külə döndü" - Hadisənin şahidi danışdı

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Yenicag.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə yanğın yataq xəstələrinin müalicə aldığı köhnə tikilidə baş verib. Hadisənin şahidi, adının çəkilməsini istəməyən mühafizəçinin sözlərinə görə, hər şey bir anda baş verib:

“Səhərə yaxın idi. Bir də gördüm ki, hər yeri tüstü-duman bürüdü. Palatadakıları öskürək tutdu. Alovu görəndə özümü itirmədim. Tez otaqlara girib, xəstələri çölə çıxartmağa başladım. Təkbaşına 25 nəfəri xilas etdim. Sonra alov o qədər gücləndi ki, içəri girmək mümkün olmadı. Təqribən 24-25 nəfər diri-diri yandı”.

Qeyd edək ki, baş verən dəhşətli yanğınla əlaqədar olaraq hadisə yerinə Prezident İlham Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Bakı şəhər İcra Hakimiyyənin başçısı Hacıbala Abutalıbov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gəliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 348 02.03.18 13:17