Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sarkisyanla bağlı videosuna görə məşhurlaşan azərbaycanlı uşaq danışdı - VİDEO

01.03.2018 12:51 5 706
Sarkisyanla bağlı videosuna görə məşhurlaşan azərbaycanlı uşaq danışdı - VİDEO
Qarabağı geri qaytar Sarkisyan. Sən terrorçusan. Qarabağ qaytarmasan nə baş verəcək özün bilirsən. Bu sözlərlə Ermənistan prezidentinə müraciət edən Ucar sakini 9 yaşlı Mehdi Həsənovun videosu internetdə izlənmə rekordları qırır. "XəzərXəbər” həmin ailəni tapıb və Mehdinin vətənpərvərliyinə görə ermənilərin Rusiyada onların başına gətirdikləri oyunları üzə çıxarıb.

Öncə Sarkisyandan Qarabağı qaytarmağı tələb edir. Daha sonra isə Sarkisyanı terrorçu adlandırır.

Daha sonra Sən bilirsən Qarabağı qaytarmasan nə baş verəcək deyir və əminliklə əllərini belinə qoyur. İnternetdə fenomenə çevrilən ucarlı uşağı xəzər xəbər tapdı. Sarkisyandan Qarabağı geri qaytarmağı tələb edən uşaq bu addımı ilə izlənmə rekordları qırır.

Bir müddət Rusiyanın Həştərxan şəhərində yaşamalı olan Mehdi Həsənovun bu videosunun ən az ordakı sözlər qədər böyük tarixçəsi varmış. Belə ki, Mehdi Rusiya kanallarında guya azərbaycanlıların erməni uşaqlarını öldürməsi xəbərini eşidir. Bundan sonra atasından bunun səbəbini soruşur. atası Mayis Həsənov əsl həqiqəti oluna başa salır. Bundan sonra Mehdi məktəbdə sinif yoldaşlarına ermənilərin Azərbaycanlıları öldürdüyünü izah edir hətta rayonlarının işğal tarixlərində məktəbdə bir neçə etiraz aksiyası da təşkil edir.

Ən maraqlı məqam isə Mehdinin kiçik yaşında keçirdiyi bu aksiyalara görə ailənin başına gələnlərdir. oradakı ermənilər müxtəlif yollarla ailəyə təziq göstəriblər. hətta ailə başçısı məktəbə dəvət olunaraq təhdid edilib.

yaxınlarının köməkliyi ilə çətinliklə həbsdən çıxan ailə Azərbaycana qayıdıb. İndi Ucarda rusdilli məktəbdə oxuyan Mehdidən təhsil müəssisəsinin direktoru da razılıq edir. O, Mehdinin digər uşaqlardan seçildiyini deyir.

Bu hadisə özü də erməni xislətini ifşa edən bariz nümunədir. 9 yaşlı uşağı belə özlərinə təhdid hesab edən bu təfəkkürün daşıyıcıları əslində soyqırım kimi qətliamları törətməyə qadir olduqlarını sübut edirlər.

Son xəbərlər