Mojo.az Banner
Son Xəbərlər
12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı turistlər Novruzda hansı ölkədə dincəlmək istəyir? - SİYAHI

28.02.2018 13:21 2 003
Azərbaycanlı turistlər Novruzda hansı ölkədə dincəlmək istəyir? - SİYAHI
Novruz bayramı günlərində azərbaycanlı turistlərin ilk növbədə Türkiyə və Gürcüstan, daha sonra isə Avropa ölkələri və Birləşmiş Ərəb Əmirliyinə (Dubay) səfər edəcəyi gözlənilir.

Median.Az
-in məlumatına görə, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Novruz bayramı günlərində ölkəyə gələn turistlərin sayının ölkədən dincəlməyə gedəcək insanların sayından çox olacağı proqnozlaşdırılır.

N.Bağırov qeyd edib ki, bu ilki Novruz bayramı günlərində Azərbaycana xaricdən gələcək turistlər arasında İran vətəndaşlarının sayının üstünlük təşkil edəcəyi gözlənilir:

"Martın 21, 22, 23-də İrandan Azərbaycana böyük turist qrupları gələcək. İrandan gələcək turistlərin sayının çoxluğunu nəzərə alaraq, bayram günlərində İran və türk müğənnilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulur".

N.Bağırov qeyd edib ki, Novruz bayramı günlərində Azərbaycana ərəb ölkələrindən, Rusiyadan də turistlər gələcək.

Xatırladaq ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Onlardan 853 082 nəfər Rusiya, 537 710 nəfər Gürcüstan, 362 597 nəfər İran, 301 553 nəfər Türkiyə, 102 360 nəfər Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfər İraq, 57 756 nəfər Ukrayna, 33 273 nəfər Səudiyyə Ərəbistanı, 381 213 nəfər isə digər ölkələrin vətəndaşları olub.

2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4 108,9 min nəfər olub. Azərbaycan vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib.скачать dle 11.3

Son xəbərlər