Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir |
Mojo.az Avto
Mojo.az Avto

Yağışdan sonra Teleqüllənin yanındakı sürüşmə aktivləşdi - Nazirlikdən təhlükə barədə AÇIQLAMA

19.02.2018 12:51 2 367
Yağışdan sonra Teleqüllənin yanındakı sürüşmə aktivləşdi - Nazirlikdən təhlükə barədə AÇIQLAMA
Dünən və bu gün yağan yağışın təsirindən Bayıl yamacında - Teleqülləninin yaxınlığındakı sürüşmə sahəsində torpaq qatı daha da ağırlaşıb.

Median.Az
xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinin bitdiyini demək olmaz. Hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır: “Dünən və bu gün atmosfer yağıntılarının miqdarı çox olduğundan burada torpaq qatı bir az da ağırlaşıb. Amma hələ ki, elə bir ciddi dəyişiklik hiss etməmişik”.

Ə.Qaralov bildirib ki, sürüşmə sahəsində torpaq qatının daha da ağırlaşması sürüşməyə səbəb olan amillərdən biridir:

“Torpaq qatının ağırlaşması təhlükəni bir az da artırır. Atmosfer çöküntüləri normadan artıq olanda qrunt bir az ağırlaşır, nəticədə yamac boyu, relyefə uyğun olaraq, süxurlar arasında ilişmə qüvvəsi itdiyinə görə o, hərəkət edir. Bu da sürüşməyə səbəb olan amillərdəndir. Hazırda burada kütlənin üzərində o qədər çat var ki, onlardakı artımları gözlə müşahidə etmək artıq mümkün deyil”.

Son xəbərlər