Mojo.az Banner
20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |     20:31 Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: "Gəlirlər, ölçüb-biçib gedirlər" (VİDEO)  |     20:23 Evin rahatlığını pozan 10 məşhur dizayn səhvi  |     20:17 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     20:10 Afra Saraçoğlu aeroportda saxlanıldı  |     20:05 İcra başçısı müavinini işdən çıxardı  |     19:58 Bakıda iki bağça fəaliyyətə başladı  |     19:53 Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi  |     19:43 Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb  |     19:37 Sabah yağış yağacaq, duman olacaq  |     19:30 "Laven Kafe" 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO  |     19:25 10 min manatlıq oğurluq edən şəxslər tutuldular  |     19:11 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     19:04 Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO  |     18:54 Xəzər dənizində zəlzələ oldu  |     18:27 “Şəki yaylası”nda faciəvi şəkildə ölən - Ucalın atasından təsirli sözlər  |     18:15 Kəlbəcərdə tuneldə qalan ayı yorğun halda kömək gözlədi (VİDEO)  |     18:12 Nazirlər Kabineti təhsilalanlar üçün yeni geyim standartını təsdiqlədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Moskvada donan üç yaşlı Zəhrada qançır izləri aşkarlanmayıb

17.02.2018 13:47 2 559
Moskvada donan üç yaşlı Zəhrada qançır izləri aşkarlanmayıb
Yeni Moskvada müstəntiqlər gəzinti zamanı tərbiyəçi tərəfindən döyülmüş üç yaşlı Zəhra Rzayevanın ölüm hallarını araşdırır.

Oxu.az xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” məlumat yayıb.

İnsident Rusiya paytaxtı yaxınlığında yerləşən Yeni Moskvanın 2120 nömrəli məktəbinə aid uşaq bağçasında baş verib.

Rusiya KİV-də bundan əvvəl yayılan xəbərlərə görə, tərbiyəçi uşaqları səhər gəzintisinə çıxarıb, yarım saatdan sonra səhər yeməyinə yollanan zaman guya uşağı küçədə unudub. Yalnız iki saatdan sonra uşağın ərazidə olmadığının fərqinə varıb. Azyaşlı qız qar komasında aşkarlanıb.

Müstəntiqlər bu versiyanı təkzib edir. Qadının iki saat keçdikdən sonra aşkarlanması ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Çünki uşağın həmyaşıdları arasında olmadığını dərhal görüblər.

İlkin məlumatlara görə, tərbiyəçi və dayə kiçik uşaq dəstəsi ilə gəzintidən qayıdan zaman qızın olmadığının fərqinə varıblar. Gəzinti yerinə qayıdan tərbiyəçilər 2014-cü il təvəllüdlü qızın qarın üzərində huşsuz vəziyyətdə uzandığını görüblər.

Təcili tibbi yardım çağırsalar da, tibb işçiləri uşağın həyatını xilas edə bilməyib. Ehtimal olunur ki, gəzinti zamanı uşağın halı pisləşib. O yıxılıb. Ancaq uşaqlara nəzarət edən böyüklər bunun fərqinə varmayıb. Hər halda uşaq bağçasının aid olduğu 2120 saylı məktəbin irəli sürdüyü versiya belədir.

“Bədbəxt hadisənin səbəbləri diqqətli şəkildə araşdırılır”, - deyə məktəbin saytında bildirilir.

“Hələlik ölümün səbəbi müəyyən edilməyib. Məktəbəqədər qruplar ştat rejimində işləyir, uşaqlar qonşu qruplara köçürülüb. Uşağın qohumları və yaxınlarına başsağlığı veririk. Bu, bizim məktəb üçün böyük faciədir.”

Müstəntiqlər ölən qızın atasını dindirib. Səlim Rəhimov (ad və soyadı şərtidir - red.) azərbaycanlıdır. Moskvada artıq bir neçə ildir ki, yaşayır, meyvə-tərəvəz satışı ilə məşğul olur. Üç yaşlı Zəhradan başqa üç uşağı var.

Mənbənin sözlərinə görə, o, İstintaq Komitəsinin əməkdaşlarına verdiyi açıqlamada, bir neçə gün əvvəl uşağın bədənində qançırlar aşkarladıqlarını söyləyib. Qız özü yıxıldığını deyib. Ancaq uşağın valideynləri buna şübhə edir:

“Bəlkə, onu bağçada kimsə döyüb?”

“Uşağın bədənində heç bir qançır izləri olmayıb, onu təcili tibbi yardımın həkimləri gözümün qabağında aparıb. Heç bir bədən xəsarəti olmayıb”, - deyə 2120 saylı məktəbin direktoru “Komsomolskaya Pravda” müxbirinə verdiyi açıqlamada bildirib.

İstintaq komitəsi ilkin baxış zamanı fiziki zorakılıq və ya hər hansı xəsarət izlərinin olmadığını qeyd edib.скачать dle 11.3
Mojo.az Banner