Mojo.az Banner
19:11 Mingəçevirdə qayıq "River Side" hotelinin restoranına çırpıldı - Yaralılar var  |     19:04 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq  |     18:59 Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı  |     18:52 Yoxlamalara dair yeni qadağa  |     18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sevda arxiv videosundan danışdı: “Boz sərçədən ulduza çevrilmişəm” – VİDEO

16.02.2018 12:51 10 536
Sevda arxiv videosundan danışdı: “Boz sərçədən ulduza çevrilmişəm” – VİDEO
Müğənni Sevda Yahyayeva dünən mətbuatda paylaşılan illər əvvəlki görüntüsünə lağ edən izləyicilərə cavab verib.

Ifaçı “Instagram” hesabında onlara cavab verərək görüntüsündən utanmadığını deyib:

“Səhnəyə gəldiyim ilk gündən bəri kasıb ailədən olduğumu, atasız böyüdüyümü, mağazada çörək satdığımı heç kəsdən gizlətməmişəm. Hamı keçmişimi əzbər bilir.

On üç yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı lentə alınmış kasıbyana, zövqsüz və indi sizə gülməli gələn görüntülərimdən bu gün də utanmıram. Çünki yetərincə məşhuram, gözəl dost çevrəsinə malikəm.

Maddi və mənəvi azadlıq qazanmışam. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm”.

Yahyayeva statusunda şöhrətin başını gicəlləndirmədiyini də qeyd edib:

“Qazandığım statusdan istifadə edərək heç kəsi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və dövlət mənim xasiyyətimi dəyişməyib.

Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı və heç bir plastik əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah heç kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına!”

Sevdanın bu paylaşımına mindən çox rəy yazılıb. Həmkarları ona dəstək olduqlarını bildirib.

Əməkdar artist Röya Ayxan isə Sevdaya dəstəyini “Instagram Story” bölməsindən edib. O, Yahyayevanın fotosunu paylaşaraq bu sözləri yazıb:

“Gözəlim, bunlara fikir vermə. Biri dəvə kimi arxasını görmür, biri qırx yaşında valideyn pulu yeyir, biri alverdədir, vicdanını satır. Amma danışdırsan, öz zəhməti ilə çalışan bir-iki nəfərdir. Onlardan da ikisi elə bizik. Bu arada, “pekarnı”ya çörəyi mən gətirirdim, tanımadın?”//oxu.azскачать dle 11.3
Mojo.az Banner