Mojo.az Banner
16:55 ABB kartlarında nə baş verir? - Vəsaitlər silinir (FOTO)  |     16:50 Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)  |     15:46 Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər  |     15:02 Bakıda ağır qəza: Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     14:31 Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ - SƏBƏB  |     14:24 Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR  |     13:21 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI - FOTO  |     13:00 Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? – Ali Məhkəmədən izah  |     12:28 ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR  |     12:18 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     12:01 Azərbaycanda kasko sığortası ilə bağlı YENİLİK  |     11:50 "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?  |     11:43 Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib  |     11:24 Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     11:09 Kəşfiyyat orqanlarına edilən kiberhücumlar məxfi saxlanılacaq  |     23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |    
Left Banner
Right Banner

Erməni deputat: O mənim döşümə toxundu və şillələndi – VİDEO

15.02.2018 12:22 3 097
Erməni deputat: O mənim döşümə toxundu və şillələndi – VİDEO
Ermənistanda Yerevan Şurasının iclasında dava düşüb.

Oxu.az erməni mətbuatına istinadən xəbər verir ki, “Yerkin tsirani” («Еркир цирани») partiyası fraksiyasının üzvü Marina Xaçatryanın, hakim Respublikaçılar partiyasının nümayəndəsi Edmon Kirakosyanı şillələdi.

Hadisə fevralın 13-də baş verib. Belə ki, Xaçatryanın, partiya üzvləri ilə birlikdə, şəhər sovetinin iclasına Yerevanın Nubaraşen rayonundan çirkli axıntı sularını qablara dolduraraq gətirib. Bununla da o, həmkarlarını rayonun kanalizasiya sisteminin dəyişdirilməsinə ehtiyacın olduğunu çatdırmaq istəyib.

Çirkablı suyun iyi qısa müddət ərzində otağı bürüdü. Marina Xaçatryan bu suyu Yerevanın meri Taron Markaryana təqdim etmək istəyib.

Bu isə hakim Respublikaçılar partiyasının təmsilçilərinin qəzəbinə səbəb olub.

Bir neçə deputat yerindən qalxaraq davaya başlayıblar və davanın gedişində Marina Xaçatryana zərbələr vurulub, qolların dartılıb, saçları yolunub. Bundan sonra Xaçatryan bəyan edib ki, ona qarşı seksual təhdid olunub və bunun əvəzində respublikaçı Edmond Kirakosyana şillə vurub.

“Mən heç kimə imkan vermərəm ki, əynimdən paltarımı çıxarsın və döşlərimə, bədənimə toxunsun. Ara qarışıqda bunu dərk edən kimi həmin adamı özünə gətirmək üçün şillə vurdum. Bəxti gətirdi ki, orda yer dar idi, yoxsa ayağımın da gücünü hiss edəcəkdi”, – o deyib.

Ermənistan polisi artıq məlumat verib ki, hadisə ilə bağlı materialları hazırlayır.скачать dle 11.3
Mojo.az Banner