Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının mərkəzindəki təhlükəli vəziyyətlə bağlı VACİB QƏRAR

14.02.2018 13:48 2 882
Bakının mərkəzindəki təhlükəli vəziyyətlə bağlı VACİB QƏRAR
Bayıl yamacında baş verən sürüşmənin dəqiq səbəblərinin öyrənilməsi üçün Dağüstü Parkda, Şəhidlər Xiyabanında, Teleqüllənin arxasında, N.Nərimanov heykəlinin olduğu ərazidə də tədqiqat aparılmalıdır.

Median.Az
xəbər veir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, daha dəqiq nəticələrin əldə edilməsi üçün tədqiqat daha geniş ərazidə aparılmalıdır. Buna görə də Bayıl yamacı ilə yanaşı, adları çəkilən ərazilərdə də tədqiqatların aparılması nəzərdə tutulur:

“Tədqiqatlar N.Nərimanov heykəlinə qədər olan ərazilərdə aparılmalıdır ki, Bayıl yamacında sürüşmənin baş verməsinin səbəblərini elmi əsaslarla aydınlaşdıraq və nəticə çıxaraq. Araşdırmalarda sürüşmə müstəvisi, layların növləri, hansı bucaq altında yatdığı, sürüşməyə meyilli ərazilər, onun kütləsi, istiqaməti, ərazidəki sululuq və s. müəyyənləşdiriləcək. Biz tədiqatların sonunda sürüşmə prosesinin əsas səbəblərini, onu törədən amilləri müəyyən edəcəyik. Nəticə çıxarmaq üçün isə tədqiqatları tam olaraq aparmaq lazımdır. Buna görə də təqqiqatlar yalnız lokal sahədə deyil, bütün Bayıl yamacında, Dağüstü Parkda, Şəhidlər Xiyabanında, Teleqüllənin digər hissəsində, N.Nərimanov heykəli ətrafında aparılmalıdır”.

Q.Yetirmişli qeyd edib ki, tədqiqatlar mart-aprel aylarında yekunlaşacaq.

Qeyd edək ki, RSXM tərəfindən "Televiziya" qülləsi kompleksinin yaxınlığında - Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb.

Tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək.скачать dle 11.3

Son xəbərlər