Mojo.az — elanlar
RU
Son Xəbərlər
21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəzi rayonların rəhbərliyindən prezidentə şikayət artıb

14.02.2018 12:11 1 851
Bəzi rayonların rəhbərliyindən prezidentə şikayət artıb
2016-cı illə müqayisədə Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb.

Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə bildirib.

Müraciətlərin növlər üzrə təhlili göstərir ki, il ərzində daxil olmuş müraciətlərin 66,5 faizi ərizə, 33,2 faizi şikayət, 0,3 faizi təklifdir.

Ərizələr, əsasən, sosial müdafiə məsələləri, o cümlədən müvafiq əlillik dərəcələrinin, ünvanlı sosial yardımların, əlil arabalarının verilməsi, habelə xaricdə və respublikada müalicəyə kömək göstərilməsi, təhsil haqqının və kreditlərin ödənilməsində güzəşt edilməsi, ixtisara düşmüş işçilərin işlə təmin olunması, mənzillə təmin olunma, sığorta və ipoteka kreditlərinin verilməsi və s. məsələlər barəsindədir.

Şəhər, rayon icra hakimiyyətləri və bələdiyyələrin fəaliyyəti barədə müraciətlər Balakən, Beyləqan, Binəqədi, Göyçay, Xəzər, İmişli, Qazax, Laçın, Sabunçu, Şamaxı, Tərtər, Tovuz, Ucar, Yasamal, Zaqatala və digər rayonlarda artıb.

Son xəbərlər