Mojo.az Banner
19:43 Şuşanın Sarıbaba kəndində 82 ha ərazi minadan təmizlənib  |     19:38 Naxçıvanda azyaşlı əlil arabasından yıxılaraq öldü  |     19:30 Cinayətdə şübhəli bilinən 74 nəfər saxlanıldı  |     19:25 Balıqçılıq məhsullarının yeni satış qaydası  |     19:16 Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat  |     19:11 "Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - Video  |     19:04 Yəməndə partlayış nəticəsində jurnalist öldü  |     18:42 Sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı MÜRACİƏT  |     18:29 Prezidentdən Azərbaycan Ordusunun ən gənc generalı ilə bağlı SƏRƏNCAM  |     18:18 Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü  |     18:14 Əli Əsədovdan sahibkarlarla bağlı YENİ QƏRAR  |     18:02 Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb  |     17:50 Leyla Əliyeva uşaq evlərinin sakinləri üçün bayram tədbirindən paylaşım edib - Video  |     16:31 Maqnit qasırğası Yeri bürüdü  |     14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |    
Left Banner
Right Banner

Bakıda sürücü yol polisinin üstünə silah çəkib – YENİLƏNİB

01.02.2018 12:04 5 604
Bakıda sürücü yol polisinin üstünə silah çəkib – YENİLƏNİB
Bakıda yol polisinin üstünə silah çəkən sürücü həbs olunub.

Bunu oxu.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, sürücü avtomobili ilə aşkarlanıb:

“Şübhəliyə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə əlaqədar Nərimanov Rayon Polis Şöbəsində istintaq aparılır”.

* * * *

Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.

Median.Az Report-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Volkswagen” markalı, “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb.

T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq, avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gəlib və buraxılmasını tələb edib.

Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner