Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Vəkillər Kollegiyası yeni qərarlar qəbul edib

23.01.2018 12:00 3 976
Vəkillər Kollegiyası yeni qərarlar qəbul edib
Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə danışıb, 28.01.2018-ci il tarixdə vəkilliyə qəbul üzrə keçiriləcək imtahan hazırlıq işləri barədə məlumat verib.

Oxu.Az-ın xəbərinə görə, iclasda “Vəkil vəsiqəsi”nin yeni nümunəsinin təsdiqi məsələsi müzakirə olunub və qərara alınıb ki, artıq vəkillərə verilən vəsiqələr üç il müddətinə deyil, qeyri-müəyyən müddətə - vəkilin səlahiyyəti müddətinə verilsin.

Eyni zamanda, iclas ərzində fərdi qaydada fəaliyyət göstərmək istəyən vəkillərin müraciətlərinə, vəkillərin mükafatlandırılması məsələlərinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul olunub.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti aşağıdakı məsələləri Vəkillər Kollegiyasının üzvlərinin diqqətinə çatdırıb:

Məlum olduğu kimi, Vəkillər Kollegiyasının 13.01.2018-ci il tarixli iclasında aşağıdakı iki məsələ qaldırılmış və bununla bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət ünvanlanması ilə bağlı qərar qəbul olunmuşdu. 

Qeyd olunan problemlərin həlli ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi ilə Qeydiyyat və notariat baş idarəsi arasında əldə olunmuş razılığa görə:

1. Notariat qurumlarında vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi üçün müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqi ilə bağlı, qanunvericilikdəki boşluqlar səbəbindən anlaşılmazlıqlar yaranırdı. 

Bu, onunla bağlı idi ki, bir sıra hallarda vəkillər notariat orqanlarına qeyd edilən məsələ ilə əlaqədar müraciət edərkən, onların üzərində bu və ya digər səbəbdən vəkilin səlahiyyətlərini təsdiq edən vəsiqələr olmurdu. Belə olan halda, notariat orqanları qeyd edilən hüquqi hərəkətin icrasını həyata keçirə bilmirdilər.

Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestr məlumatları elektron-notariat sisteminə əlavə olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə təqdim olunub. Növbəti günlərdən etibarən artıq üzərində vəkil vəsiqəsi olmayan və ya vəsiqəsinin müddəti keçmiş vəkillər öz şəxsiyyət vəsiqələrini notariat orqanlarına təqdim etməklə müvafiq əməliyyatlar apara biləcəklər.

2. Məlumdur ki, vəkillər öz müvəkkillərinə hüquqi yardım göstərmək üçün onlarla müqavilə bağlayır, order alırlar. Məsləhətxanada vəkillərə verilən orderlər müdirin möhürü və imzası ilə təsdiqlənir, fərdi vəkillər isə orderləri özləri təsdiqləyirlər. Məlumdur ki, hər bir order unikal reyestr nömrəsi olan sənəddir. Təcrübədə məhkəmə təmsilçiliyi ilə bağlı orderin əsli məhkəmələrə təqdim olunur. Sonradan məhkəmədə baxılan iş ilə bağlı vəkillər sübutların toplanılması məqsədilə notariat orqanlarına sorğu verilməsi və ya təmsilçilik üzrə etibarnamənin alınması üçün həmin orderlərin surətini ya məsləhətxana müdirlərinə təsdiqlətdirir və ya fərdi vəkildirsə, özü təsdiqləyib, notariusa təqdim edir. 

Lakin bu günədək notariuslar həmin orderlərin təsdiq olunmuş surətlərini “müəyyən edilmiş qaydada təsdiq olunmadığı” üçün (Qeyd: MPM-nin 73.5-ci maddəsi) qəbul etmirdilər.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əldə olunmuş razılığa əsasən, bundan sonra vəkil qurumlarının müdirləri və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin özləri tərəfindən təsdiq edilmiş orderlərin surətləri notariat orqanları tərəfindən qəbul olunacaq və hər hansı əlavə notarial təsdiqə ehtiyac olmayacaq.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsindən verilən məlumata görə bu barədə tapşırıq ölkə üzrə bütün notariat orqanlarına ən yaxın günlərdə göndəriləcək.

Son xəbərlər