Mojo.az Banner
23:03 Bu qurumlar ləğv olunur  |     22:55 İran XİN ABŞ ilə danışıqlar barədə məlumatları şərh edib  |     22:49 Putin azərbaycanlı alimi təltif etdi  |     22:41 Pensiya ilə bağlı vacib açıqlama: İş stajı 25 ilə çatmayan şəxslər...  |     22:35 Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO  |     22:29 Tramp: "Hörmüz boğazına İranla birgə nəzarət edəcəyik"  |     22:22 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq  |     22:15 Tramp: İran razılaşmaya hazırdır, Tehran kompromisə getmək niyyətindədir  |     22:08 Bakıda tıxac problemini azaltmaq üçün yeni yollar tikiləcək - VİDEO  |     22:00 Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub  |     21:54 Braziliyanın XİN başçısı vətəndaşlarının İrandan təxliyəsinə yardımına görə Azərbaycana təşəkkür edib  |     21:48 "Tamaşaçılar bizim zövqümüzü korlayır"  |     21:40 SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu  |     21:34 Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO  |     21:21 Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər bölgəsində təhlükəsizliyi müzakirə edib  |     21:10 KİV: Kolumbiyada göyərtəsində 100-dən çox hərbçinin olduğu təyyarə qəzaya uğrayıb  |     21:02 Şəmkirdə borc üstündə dava: Ana və oğlu döyüldü  |     20:58 "Tasnim": İran qarşıdakı günlərdə müharibə ilə bağlı yeni “sürprizlər” planlaşdırıb  |     20:40 Dollar Yaxın Şərqdə gərginliyin yeni dalğası fonunda yüksəlir  |     20:30 Avropadakı vulkan hər an oyana bilər - Alimlər fəlakət barədə xəbərdarlıq edir  |    
Left Banner
Right Banner

Stalinin yaxtası Azərbaycana gətirilə bilər

15.01.2018 11:20 3 975
Stalinin yaxtası Azərbaycana gətirilə bilər
“Moskva Çay Gəmiçiliyi” (“MÇG”) şirkəti 1934-cü ildə inşa edilən və “Stalinin yaxtası” adı ilə tanınan “Maksim Qorki”  teploxodunu əldə etməyə çalışan namizədlər tapıb.  

İstismar xərcləri yüksək olduğundan gəmi 2014-cü ildən bəri restoran kimi fəaliyyət göstərir. “MÇG” gəminin satışından təxminən 20 milyon rubl əldə olunacağına ümid edir.

Oxu.Az bu barədə “Kommersant”a istinadən xəbər verir.  

Məlumata görə, potensial alıcılar arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin adı hallanır.

“MÇG” baş direktoru Konstantin Anisimov bu informasiyanı təsdiq edərək, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Nijne-Novqorod administrasiyası ilə danışıqların aparıldığını bildirib.

“Azərbaycanlıları gəmi həm də eksponat olaraq maraqlandırır, belə ki, həmin gəminin göyərtəsində dəniz donanması muzeyi yaradıla bilər; gəmiçilik 2018-ci ildə 160 illiyini qeyd edir”, - deyə Anisimov dəqiqləşdirib.

“Ancaq Nijne-Novqorod üçün də “Maksim Qorki” gəmisi böyük əhəmiyyət kəsb edir, ilk növbədə ona görə ki, o, yerli tərsanələrdə inşa edilib. 2018-ci ildə yazıçının 150 illiyi qeyd olunacaq. Konstantin Anisimov sövdələşmənin məbləği barədə müzakirə aparmaqdan imtina edib.

“Maksim Qorki” teploxodu 1934-cü ildə “Krasnoye Sormovo” tərsanəsində inşa edilib. Gəminin xüsusi tarixi əhəmiyyəti var, belə ki, SSRİ lideri İosif Stalinin şəxsi teploxodu olub və  NKVD-nin Vahid Dövlət Siyasi İdarəsinin hərbi-texniki şöbəsinin hazırladığı layihə əsasında inşa olunub. Gəminin uzunluğu 69 m, eni 13 m təşkil edir. Teploxod həmin vaxtlar üçün rekord sürət  (30 km/saatdan yuxarı) yığa bilib.

Şirkət satışla bağlı sövdələşmənin ilin ilk rübünün sonuna kimi yekunlaşacağına inanır. Ancaq Nijne-Novqorod şəhər rəhbərliyi əmin edir ki, teploxodu almaq  fikrində deyillər. Sadəcə, onu “Maksim Qorki ilə Rusiya boyunca səyahət” adlı muzey-turistik layihənin təyinat nöqtələrindən biri kimi nəzərdən keçirdiklərini diqqətə çatdırıb. Xüsusi olaraq, gəminin Nijni-Novqorod sahilyanı parkına yerləşdirilməsi və orada müvəqqəti olaraq açıq havada muzeyin təşkil olunması təklif olunmuşdu. Layihədə teploxodun bələdiyyənin mülkiyyətinə keçirilməsinə dair heç bir təklif nəzərdə tutulmayıb.   скачать dle 11.3
Mojo.az Banner