Mojo.az Banner
21:09 Dondurmanın gözlənilməz FAYDASI  |     21:04 35 valideyn hüquqlarından məhrum edilib - Kamran Əliyev  |     20:56 Ermənilər daha bir xalq mahnımızı oğurladılar - VİDEO  |     20:51 Namiq Qaraçuxurlu ilə bağlı açıqlamasına aydınlıq gətirdi - FOTO  |     20:43 Regionlarda elektromobil sürmək niyə hələ də risklidir? - ARAŞDIRMA  |     20:38 Rafet El Roman doğulduğu evi nümayiş etdirdi - VİDEO  |     20:29 Kompüterinizi belə sürətləndirə bilərsiniz - DETALLAR  |     20:24 BYD fikrini dəyişdi: Türkiyədə zavodu olmayacaq  |     20:15 Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  |     20:10 Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?  |     20:02 "Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı  |     19:57 Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı  |     19:44 Bakıda maşın yandı - Video  |     19:38 Azərbaycan Panamadan ananas alışını 27 dəfə artırıb  |     19:30 Sabah 33° isti olacaq  |     19:25 Saxta sənədlə 17 il təyyarə sürdü, milyonlar qazandı  |     19:16 Sürücü sərxoş halda tutuldu, sərnişinindən narkotik aşkarlandı - Video  |     19:11 Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı  |     19:03 "Ermənistanda seçkilər görünməmiş təzyiq altında keçirildi" - Zaxarova  |     18:59 Məzuniyyətə çıxanlar üçün vacib xəbər - Video  |    
Left Banner
Right Banner

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

12.01.2018 18:37 2 136
Bölgələrdə modul tipli 137 məktəb tikiləcək
Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasdakı giriş nitqində 2017-ci ildə görülən işlərdən söz açıb. Ötən il ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini deyən dövlət başçısı həyatın bütün sahələrində əldə edilmiş nəticələrin ümumi inkişafa böyük töhfə verdiyini bildirib.

Median.Az xəbər verir ki, bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkə iqtisadiyyatının bütün sahələrində görülmüş işlərin müfəssəl təhlilini verən Azərbaycan Prezidenti sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını deyib. Bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.

Prezident İlham Əliyev iclasdakı yekun nitqində 2018-ci ildə də ölkə iqtisadiyyatının öz inkişaf yolu ilə gedəcəyini, il ərzində bir çox önəmli layihələrin icrasının nəzərdə tutulduğunu qeyd edib. Sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. “Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır”.скачать dle 11.3
Mojo.az Banner